SON XƏBƏRLƏR

AKP, rəsmi namizədi kimi Nürəddin Araşı dəstəkləsədə, kürd əsilli DTP-çi Mehmed Nuri Günəşin bələdiyyə başqanı olmasına çalışır

2021.10.20, 07:36
AKP, rəsmi namizədi kimi Nürəddin Araşı dəstəkləsədə, kürd əsilli DTP-çi Mehmed Nuri Günəşin bələdiyyə başqanı olmasına çalışır

Gunaz.tv
AKP rəsmi namizədi kimi Nürəddin Araşı dəstəkləsədə, kürd əsilli DTP-çi Mehmed Nuri Günəşin bələdiyyə başqanı olmasına çalışır 2009-01-27_9994.jpg Türkiyə Bələdiyyə seçimlərinə hazırlaşır. Görünən o ki, bu seçimlərdə ən ciddi mübarizə İğdırda aparılacaq. Burda əsasən mübarizə azəri türkləri ilə kürdlər arasında gedir. Türk mediyasının yaydığı məlumata görə, burdan AKP-nini rəsmi namizədi azəri türkü Nürəddin Araş olsada, hakimiyyət iki başlı oyun oynayaraq kürd namizəd Mehmed Nuri Günəşin bələdiyyə başqanı olmasında maraqlıdır. Sızan məlumatlara görə, qatı PKK tərafdarı olan Nuri Günəş artıq bələdiyyə başqanı kimi təbriklər almakdadır. Türkiyədə yayımlanana www.igdirli.com saytının məlumatına görə, Demokratik Toplum Partiyasının (DTP) Iğdır namizədi olan Nuri Günəşin adaylığı Ankarada deyil, Diyarbakırda keçirilən toplantıda açıqlanıb. Bu isə namizədin Ankaradan deyil, Diyarbakırdan xeyir dua alaraq seçimlərə qoşulmasına bir işarədir. Bölücü terror örkütü ilə arasında elədə böyük məsafə olmayan DTP təkcə adı çəkilən adayını deyil, digər bölgələrdən olan adaylarını da Diyarbakırdan açıqladı və bununla da bir daha harda durduğunu Ankaraya, o cümlədən bütün Trükiyəyə bildirib. DTP adayı Nuri Günəş AKP-li İqdır millət vəkili Əli Günər çox yaxındir. Onlarin bacanaq olduqu soylenilir.Xatırladaq ki, Nuri Günəşdə bu seçimlərdə bələdiyyə başqanı seçilərsə, İğdır bütünlükdə PKK tərəafdarı olan qohumların idarəsinə keçəcək. Bizə daxil olan məlumata görə, hakimiyyətin öz adayını verməkdə xüsusi məqsədi olub. Belə ki, AKP bu bölgədən digər azərbaycan türklərinin də namizəd olduğunu nəzərə alaraq, səslərin bölünəcəyini hesablayıb. Və bununla da DTP-yə seçimlərdə şans yaradıb. Bir sözlə əsirlərdir Azərbaycan türklərininin vətəni olan İğdır artıq seçimlərdən sonra tam olaraq PKK-çıların nəzarətinə keçəcək. Bu isə o deməkdir ki, daha bir türk eli kürdlər tərəfindən zəbt olunacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar