SON XƏBƏRLƏR

GÜNEYLİ Milli fəal ümumi rejimli həbsxanaya köçürülüb

2021.10.20, 07:36
GÜNEYLİ Milli fəal ümumi rejimli həbsxanaya köçürülüb

Gunaz.tv
Milli fəal ümumi rejimli həbsxanaya köçürülüb turme1.jpg İki ay öncə Tehran şəhərində Səttarxanın məzarı üstündə keçirilən anım mərasimi zamanı həbs olunmuş Şəhid Rəcai Universitetinin müəllimi Abdullah Abbasi Cavan Evin həbsxanasının 209 saylı təcridxanasının ümumi rejimli bölümünə köçürülüb. Milli fəal öz ailəsi ilə telefon söhbəti zamanı bu xəbəri verib. Bundan əlavə, Abdullah Abbasi Cavanla birlikdə həbs olunmuş onun bacısı oğlu, ərdəbilli fəal Hüseyn Hüseyni isə artıq 50 milyon tümən qarşılığında zaminə buraxılıb. Turqut Adıçəkilən fəalları İranda öz tarixi torpaqlarında yaşayan 35 milyondan artıq Azərbaycan türkünün milli-mədəni haqları uğrunda fəaliyyətlərinə görə təhlükəsizlik orqanları həbs edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar