SON XƏBƏRLƏR

İsrail Qəzzada yeni əməliyyata başlayır

2021.10.20, 07:36
İsrail Qəzzada yeni əməliyyata başlayır

Gunaz.tv
İsrail Qəzzada yeni əməliyyata başlayır ehud-barak2.jpg Yaxın Şərqdə 10 günlük atəşkəs müddəti başa çatıb. Bundan dərhal sonra İsrail Qəzzada fələstinlilərə qarşı hərbi əməliyyatlara start verib. İsrail aviasiyası Qəzzanın cənubuna və Rəfah şəhərinə bir neçə raket atıb. Hücumda bir fələstinli yaralanıb. Bu əməliyyatlarla kifayyətlənməyən İsrail Qəzzayla sərhəddəki buraxılış məntəqələrini bağlayıb. Ötən gün Qəzza yaxınlığında kissiufim sərhəd keçidində İsrailə məxsus hərbi avtomobil partladılıb. Partlayış nəticəsində bir İsrail əsgəri ölüb, üçü isə yaralanıb. Ətrafa cavab atəşi açmağa başlayan hərbiçilər isə bir fələstinlini qətlə yetiriblər. Fələstin tərəfi ölən şəxsinin fermer olduğunu bildirib. Rəsmi Təl-Əviv insidentə görə Həması ittiham etsə də, Həmas təşkilatı partlayışla heç bir əlaqəsi olmadığını bəyan edib. İsrailin müdafiə naziri Ehud Barak hadisə ilə bağlı Fələstin tərəfinə cavab zərbəsi endiriləcəyini bildirib. Bu bəyanatdan sonra İsrailin aviasiya qüvvələri Qəzzanın cənubuna raket atıb. Nəticədə iki Həmas döyüşçüsü yaralanıb. Həmçinin Misirlə sərhəddəki Rəfah şəhərindəki yeraltı tunnellərə də zərbələr endirilib. Bundan başqa israil hərbi qüvvələri yenidən qəzzaya daxil olaraq yaxın ərazilərdə nəzarəti həyata keçirməyə başlayıblar. Kissufim sərhəd keçiddə baş vermiş insidentdən sonra İsrail Qəzzdakı bütün sərhəd keçidlərini bağlayıb. Nəticədə Qəzzaya humanitar yardımların gətrilməsi dayandırılıb. BMT humanitar yardımın Qəzzaya aparılması üçün İsraili sərhəd keçidlərini dərhal açmağa çağırıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar