SON XƏBƏRLƏR

PENTAQON RƏHBƏRİ ƏFQANISTANDAKI MÜHARİBƏNİN AMERİKA ÜÇÜN CİDDİ PROBLEM OLDUĞUNU DEYİB

2021.10.20, 07:36
PENTAQON RƏHBƏRİ ƏFQANISTANDAKI MÜHARİBƏNİN AMERİKA ÜÇÜN CİDDİ PROBLEM OLDUĞUNU DEYİB

Gunaz.tv
PENTAQON RƏHBƏRİ ƏFQANISTANDAKI MÜHARİBƏNİN AMERİKA ÜÇÜN CİDDİ PROBLEM OLDUĞUNU DEYİB robert_gates.gif Amerika Birləşmiş Ştatların müdafiə naziri Robert Qeyts Əfqanıstandakı hərbi əməliyyatlarla əlaqədar Senatda çıxış edib. O, Əfqanıstandakı müharibənin Amerika üçün ciddi problem olduğunu deyib. Pentaqon rəhbəri Əfqanıstan əməliyyatının uzun və çətin olacağını da qeyd edib. Həmçinin o, Pakistandakı Taliban və Əl-Qaidə məntəqələrinə raket zərbələrinin davam edəcəyini də vurğulayıb.Robert Qeyts İranın Latın Amerikasında nüfuzunun artmasından narahat olduqlarını da bildirib.O, Rusiyanın regionda hərbi təlimlər keçirməsinin Birləşmiş Ştatlar üçün elə də təhlükə daşımadığını qeyd edib. Qeyd edək ki, bu gün prezident Barak Obama Pentaqon rəsmiləriylə görüş keçiriləcək. Görüşdə Əfqanıstan və İraqla bağlı müzakirələr aparılacaq. /İctimai TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar