SON XƏBƏRLƏR

Nabukko sammitinin bəyannaməsi açıqlandı

2021.10.20, 07:36
Nabukko sammitinin bəyannaməsi açıqlandı

Gunaz.tv
Nabukko sammitinin bəyannaməsi açıqlandı 20080206100817_41818948_pipeline203.jpg Yanvarın 27-də Budapeştdə keçirilən Nabukko sammitinin sonunda iştirakçı tərəflərin bəyannaməsi imzalanıb. Bəyannamədə deyilir ki, sənədi imzalayanlar Nabukko kəməri boyunca aydın, şəffaf və haqlara əsaslanan ötürmə rejimi dəstəkləyirlər. Onlar həmçinin qazın mənbəyi olan və onu nəql edən tranzit ölkələrə xaricdən birbaşa investisyanın, o cümlədən enerji şirkətlərinin fəal iştirakını təmin edəcək yeni texnologiyaların yönəldilməsinə çağırıblar. Bəyannamə müəllifləri Avropa Birliyi və onun üzvləri ilə, Türkiyə, Gürcüstan, Xəzər regionu və Yaxın Şərq ölkələri arasında əməkdaşlığın gücləndirilməsinə çağırırlar və burada məqsədin səmərəli enerji partnyorluğu olduğunu qeyd edirlər. Bəyannamədə göstərilən məqsədlərin həyata keçirilməsi üçün sənəd müəllifləri 2009-cu ildə Nabukkonun reallaşdırılması ilə bağlı bir çox sammitlərin keçirilməsinə çağırırlar. Onlar bir çox təşəbbüsləri, o cümlədən Avropa Komissiyası və Türkiyənin Xəzər İnkişaf Korporasiyası qurmaq təklifini, Türkmənistanın 2009-cu ildə yüksək səviyyəli enerji konfransı keçirmək niyyətini alıqşladıqlarını bildirirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar