SON XƏBƏRLƏR

Rusiyanın Ermənistana hərbi texnika verməsi məsələsinin Azərbaycan XİN-də araşdırılması davam edir

2021.10.20, 07:36
Rusiyanın Ermənistana hərbi texnika verməsi məsələsinin Azərbaycan XİN-də araşdırılması davam edir

Gunaz.tv
Rusiyanın Ermənistana hərbi texnika verməsi məsələsinin Azərbaycan XİN-də araşdırılması davam edir xezer_ibrahim_21_01_08.jpg Xəzər İbrahim: «Biz bu məsələni diqqət mərkəzində saxlayırıq və araşdırırıq» «Rəsmi Moskvanın bu ayın əvvəlində Ermənistana 800 milyon dollarlıq hərbi texnika və silah-sursat verməsi məsələsinin Azərbaycan Xarici İşlər Nazirliyində (XİN) araşdırılması davam edir». Bu barədə ANS TV-yə müsahibəsində XİN-in mətbuat xidmətinin rəhbəri Xəzər İbrahim bildirib. O qeyd edib ki, Rusiya tərəfi Azərbaycan sorğusuna bir neçə dəfə cavab versə də, bu, onların öz qənaətidir və bu məsələ yalnız rəsmi cavab hazırlananda nəzərə alınacaq. «Biz bu məlumatı almışıq amma, bu, o demək deyil ki, məsələ bağlanıb. Biz bu məsələni diqqət mərkəzində saxlayırıq və araşdırırıq. Bundan sonra bu, davam edəcək. Çünki 1996-cı ildə baş vermiş hadisələr bizi buna vadar edir». Xəzər İbrahim həmçinin Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmar Məmmədyarovun Edvard Nalbandyanla görüşlərinin sabah İsveçrənin Davos şəhərində baş tutağını bildirib. O, görüşdə həmsədrlərin regiona son səfərinin nəticələri müzakirə olunacağını qeyd edib: «Nazirlərin görüşü nnəzərdə tutulub və Azərbaycan tərəfi bu görüşə razılığını verib. Danışıqlar prosesi müzakirə olunacaq və biz ümid edirik ki, Ermənistan tərəfi bu danışıqlardan sonra öz mövgeyində müvafiq dəyişiklik etsin». Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində Ermənistan və Azərbaycan prezidentləri Serj Sarkisyanla İlham Əliyevin növbəti görüşü elə həmin İsveçrənin Davos şəhərində keçiriləcək Ümumdünya İqtisadi Forumu çərçivəsində baş tutacaq. Ermənistan prezidentinin mətbuat xidmətinin yaydığı məlumatında o da bildirilir ki, ikitərəfli görüş yanvarın 28-də Sürixdə keçiriləcək. /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar