SON XƏBƏRLƏR

Bakıda terror hazırlayan qrupdan “şəhid kəmərləri” götürülüb

2021.10.20, 07:36
Bakıda terror hazırlayan qrupdan “şəhid kəmərləri” götürülüb

Gunaz.tv
Bakıda terror hazırlayan qrupdan “şəhid kəmərləri” götürülüb maskalilar.jpg “Hizbullah”çı qrupun istintaqının martda başa çatacağı bildirilir Bakıda İsrail səfirliyinə qarşı terror aktı hazırlayan qrupun istintaqı mart ayında başa çata bilər. Bu barədə Lent.az-a daxil olan məlumat da bildirilir ki, belə bir terror aktını hazırlayan qrup 2008-ci il dekabrın sonunda həbs edilib. Məlumata görə, “Hizbullah”a aid olduğu bildirilən qrupun tərkibi İran və Azərbaycan vətəndaşlarından ibarət olub. Aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində ələ keçirilən dəstənin silah-sursatı və xüsusi olaraq bu cür qanlı aksiyalar üçün nəzərdə tutulan 2 ədəd “şəhid kəməri” aşkarlanaraq götürülüb (“şəhid kəməri” – intiharçı kamikazelərin özünü partlatmaq üçün bədəninə geyindiyi, partlayıcı qurğu və sursatlarla təchiz edilmiş kəmərdir). Xatırladaq ki, Küveytin “Əl-Vətən” qəzeti Rusiyadakı etibarlı mənbələrə istinadən yazıb ki, Azərbaycan təhlükəsizlik orqanları “Hizbullah”ın planlaşdırdığı terror aktının qarşısını alıb. Terror aktı “Hizbullah”ın hərbi liderlərindən İmad Muqniyənin qətlinin qisasını almaq məqsədi ilə planlaşdırılıbmış. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqə Mərkəzinin rəhbəri Arif Babayev isə APA-ya bu cür məlumatlarla bağlı şərh vermədiklərini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar