SON XƏBƏRLƏR

Nabukko sammiti ərəfəsində Macarıstan təzminatlara çağırır

2021.10.20, 07:36
Nabukko sammiti ərəfəsində Macarıstan təzminatlara çağırır

Gunaz.tv
Nabukko sammiti ərəfəsində Macarıstan təzminatlara çağırır _41818948_pipeline203.jpg Macarıstanın baş naziri Ferents Dürcan deyib ki, qaz təchizatının kəsilməsi ilə bağlı zərərə görə Avropa İttifaqı kompensasiya tələb etməlidir. Nabucco sammitindən əvvəl jurnalistlərlə görüşən Ferents Dürçan deyib ki, hökuməti belə təzminatın mümkünlüyünü araşdırır. Ölkələr tərəfindən fərdi şəkildə aparılan bu cür hesabatlar nəticədə Aİ-nın “vahid” əməli addımına təkan verə bilər, deyib Macarıstanın baş naziri. Bundan əvvəl Rusiya rəsmiləri maddi zərərə görə Ukraynanın məsuliyyət daşıdığını bildiriblər. Sammit Görüşü işıqlandıran informasiya agentliklərinə istinadən Budapeşt sammitinin əsas məqsədi kəmərə siyasi və maliyyə dəstəyinin təsdiqlənməsindən ibarətdir. Türkiyə, Bolqarıstan, Rumıniya, Macarıstan, Avstriya və Almaniya Rusiyadan yan keçəcək alternativ yanacaq marşrutlarının inkişafını öz ölkələrinin enerji təchizatında mühüm addım hesab edirlər. Nabukko kəməri iki mərhələdə inşa ediləcək. Ehtimallara görə 2010-cu ildə başlayan birinci mərhələdə kəmər vasitəsi ilə Ankara ilə Avstriyanın Baumgarten şəhəri bağlanılacaq. Planlara görə, bu vaxt işə salınan boru ilə təqribən 8 milyard kubmetr qaz ötürülməlidir. 2014 ilədək davam edəcək ikinci mərhələdə kəmər Anakaradan İran, Türkiyə və Gürcüstan sərhədlərinədək uzadılacaq. Azərbaycan Neft və qaz ehtiyatları ilə zəngin Azərbaycan Nabukko layihəsinin inkişafında əsas ölkələrdən biri hesab edilir. Lakin Bakının da nəzərdən keçirəcək məsələlər az deyil. Ötən il Rusiya bütün Azərbaycan qazını dünya qiymətləri ilə almaq təklifini irəli sürüb. Moskvanın bu təklifinə Bakı hələ aydın cavab verməyib. Xarici işlər naziri Elmar Məmmədyarov Nabukko ölkələrindən “mesaj” gözlədiyni deyib. Ekspertlərə görə Azərbaycan qərar verməkdən öncə avropalıların layihəyə dair təklifini görmək istəyir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar