SON XƏBƏRLƏR

Keçən il Azərbaycanın xarici ticarət dövriyyəsi 55 milyard dollara çatıb

2021.10.20, 07:36
Keçən il Azərbaycanın xarici ticarət dövriyyəsi 55 milyard dollara çatıb

Gunaz.tv
Keçən il Azərbaycanın xarici ticarət dövriyyəsi 55 milyard dollara çatıb 2009-01-27_9986.jpg Keçən il Azərbaycanın xarici ticarət dövriyyəsi 5 dəfə artaraq 55 milyard dollara çatıb. Buna neft ixracının kəskin artımı səbəb olub. İxracın 92 faizini isə xam neft təşkil edib. Neft və neft məhsullarının ümumi ixracda payı artıq 97 faizə çatıb. Gömrük Komitəsinin məlumatına görə, 2008-ci ildə Azərbaycandan xaricə göndərilən malların həcmi 8 dəfəyədək artaraq 47,8 milyard dollar təşkil edib. Bu müddətdə Azərbaycanın idxalı 25,3 faiz artıb. ötən il xaricdən Azərbaycana 7,1 milyard dollarlıq mal gətirilib. Nəticədə Azərbaycanın xarici ticarətində müsbət saldo ilk dəfə 40 milyard dolları keçib. 2008-ci ildə Azərbaycanın ticarət tərəfdaşlarının sayı 3 ölkə hesabına artaraq 141-ə çatıb. Əvvəlki illərdə olduğu kimi yenə də ixracın strukturunda neft və neft məhsulları üstünlük təşkil edib. ölkədən xaricə göndərilən malların 97 faizə qədəri nef və neft məhsullarıdır. Statistik məlumatlara görə, ölkə sahibkarlarının çoxu xaricdən mal gətirməyə üstünlük verir. Belə ki, ötən il idxalın 70 faizə qədəri özəl sektorun payına düşüb. ötən il kartof, tərəvəz, bitki yağları, təbii qaz və aliminium ixracı artıb. İdxala gəlincə, 2008-ci ildə buğda, düyü, bitki yağları, meyvə və tərəvəz konservlərinin və meşə materiallarının idxalı artıb. Əvəzində kərə yağı, yumurta, şəkər və alkoqolu içkilər, tütün və məişət soyuducularının idxalı azalıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar