SON XƏBƏRLƏR

Məmməd Əmin Rəsulzadənin sonuncu qız nəvəsi vəfat edib

2021.10.20, 07:36
Məmməd Əmin Rəsulzadənin sonuncu qız nəvəsi vəfat edib

Gunaz.tv
Məmməd Əmin Rəsulzadənin sonuncu qız nəvəsi vəfat edib mammadamin_rasulzade.jpg Firuzə Məmmədova uzun sürən xəstəlikdən sonra həyatdan köçüb Bu gün Azərbaycan Demokratik Respublikasının (ADR) qurucusu Məmməd Əmin Rəsulzadənin sonuncu qız nəvəsi Firuzə Məmmədova uzun sürən xəstəlikdən sonra vəfat edib. 1931-ci il təvəllüdlü Firuzə Məmmədova məhz Məmməd Əmin Rəsulzadənin nəvəsi olduğu üçün 1941-ci ildə ailəsi ilə birlikdə Qazaxıstana sürgün edilib. Orada isə ailə üzvlərinin hamısını itirib. Onun bacısı anası ilə birlikdə gözünün qabağında soyuqdan və acından vəfat ediblər. Sonrakı həyatının iki ilini isə uşaq evində keçirən Firuzə Məmmədova müharibə qurtarandan sonra dayısı tərəfindən Azərbaycana qaytarılıb. Onun dörd qızı və bir oğlu var. Allah rəhmət eləsin! /ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar