SON XƏBƏRLƏR

NATO baş katibinin Azərbaycana səfəri gözlənilir

2021.10.20, 07:36
NATO baş katibinin Azərbaycana səfəri gözlənilir

Gunaz.tv
NATO baş katibinin Azərbaycana səfəri gözlənilir yaapdehoopsxeffer030408.jpg Bakı. Viktoriya Dementyeva-APA. Fevralın sonunda NATO-nun Azərbaycandakı təmsilçisinin səlahiyyətləri Rumıniya səfirliyinə keçəcək. Bu barədə APA-ya Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Ureki məlumat verib. O, fevralın ikinci yarısında səlahiyyətlərin Türkiyədən təhvil alınacağını, bununla əlaqədar mətbuat konfransı keçiriləcəyini bildirib. Nikolae Ureki bu ilin mayında NATO-nun baş katibi Yaap de Hoop Sxefferin Azərbaycana səfərinin gözlənildiyini də vurğulayıb: “Mayda NATO-nun baş katibi bir çox ölkələrə vida səfəri edəcək, bu çərçivədə baş katibin Azərbaycana da səfəri istisna olunmur”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar