SON XƏBƏRLƏR

İsrail əsir götürülmüş əsgərinin əvəzində 1000 fələstinli məhbusu buraxmağa hazırdır

2021.10.20, 07:36
İsrail əsir götürülmüş əsgərinin əvəzində 1000 fələstinli məhbusu buraxmağa hazırdır

Gunaz.tv
İsrail əsir götürülmüş əsgərinin əvəzində 1000 fələstinli məhbusu buraxmağa hazırdır İsrail 2006-cı il iyunun 25-də HAMAS tərəfindən girov götürülmüş əsgər Gilad Şalitin geri verilməsinin əvəzində ölkə həbsxanalarındakı 1000 fələstinlini buraxmağa və Qəzza zolağı ilə sərhəddə nəzarət-buraxılış məntəqəsini açmağa hazırdır. APA-nın “Əl-Əhram” qəzetinə istinadən verdiyi məlumata görə, bunu HAMAS təmsilçisi Ayman Taha Misir rəhbərliyi ilə görüşündə deyib. Amma o, həbsdən buraxılacaq 1000 nəfəri İsrailin seçməsini istəmədiklərini bildirib: “İsrail HAMAS-ın və Gilad Şaliti əsir götürmüş digər qruplaşmaların verdiyi siyahıda adları olan şəxsləri azad etməlidir. Şərtlərimiz yerinə yetirilsə, Şalit bir saat da bizdə qalmayacaq”. HAMAS-la Misir arasındakı danışıqlarda Qəzzada atəşkəsin vaxtının uzadılması da müzakirə mövzusu olub. İsrail atəşkəsin qeyri-müəyyən müddətə uzadılmasını istəsə də, HAMAS yalnız 1,5 illik atəşkəsə razıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar