SON XƏBƏRLƏR

Terrorçular İsrailin Azərbaycandakı səfirliyini partlada bilməyiblər

2021.10.20, 07:36
Terrorçular İsrailin Azərbaycandakı səfirliyini partlada bilməyiblər

Gunaz.tv
Bakıda “Hizbullah”ın terror aktının qarşısı alınıb Terrorçular İsrailin Azərbaycandakı səfirliyini partlada bilməyiblər terrorcu.jpg ““Hizbullah”ın İsrailin Azərbaycandakı səfirliyini partlatmaq planının qarşısı alınıb. APA-nın “MİGnews” saytına istinadən yaydığı məlumata görə, bu barədə Küveytin “Əl-Vətən” qəzeti xəbər yayıb. Rusiyadakı etibarlı mənbələrə istinadən yayılmış məlumatda bildirilir ki, Azərbaycan təhlükəsizlik orqanları “Hizbullah”ın planlaşdırdığı terror aktının qarşısını alıb. Terror aktı “Hizbullah”ın hərbi liderlərindən İmad Muqniyənin qətlinin qisasını almaq məqsədi ilə planlaşdırılıbmış. Qeyd edək ki, İmad Muqniyə 2008-ci ilin fevralında Dəməşqdə qətlə yetirilib. İsrail İmad Muqniyənin öldürülməsi ilə hər hansı bağlılığını inkar etsə də, “Hizbullah” bu qətlin İsrail xüsusi xidmət orqanları tərəfindən törədildiyini iddia edir. Azərbaycan Milli Təhlükəsizlik Nazirliyinin İctimaiyyətlə Əlaqə Mərkəzinin rəhbəri Arif Babayev isə APA-ya bu cür məlumatlarla bağlı şərh vermədiklərini bildirib..

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar