SON XƏBƏRLƏR

Nazarbayevdən vahid dünya valyutası təklifi

2021.10.20, 07:36
Nazarbayevdən vahid dünya valyutası təklifi

Gunaz.tv
Nazarbayevdən vahid dünya valyutası təklifi nazabayev.jpg Qazaxıstan prezidenti Nursultan Nazarbayev vahid dünya valyutası yaratmaq təklifi ilə çıxış edib. Lent.az-ın “Kazinform” agentliyinə istinadən verdiyi məlumata görə, Nazarbayev Dehlidə keçirilən Qazaxıstan-Hindistan iqtisadi forumunda çıxışı zamanı belə bir təklif irəli sürüb. Prezident Amerika dollarının dünya valyutası roluna iddia etdiyi mövcud sistemi kəskin tənqid atəşinə tutub. Onun sözlərinə görə, bir dövlətin dominant rolunda çıxış etməsi qeyri-demokratik, rəqabətsiz və nəzarət edilməyən vəziyyət yaradır. Nazarbayevin təklifinə görə, söhbət BMT tərəfindən qəbul ediləcək və müvafiq komissiyalar tərəfindən nəzarət olunacaq “mal mübadiləsi üçün ümumdünya gəlir vahidindən” gedir. Qazaxıstan prezidentinin fikrincə, bu addım dünya maliyyə böhranını dəf etmək üçün vacibdir. O, bəzi ölkələrin regional valyuta yaratmaq təkliflərini dəstəkləməyib: “Əgər dünya belə addım atsa, bizi böyük xaos gözləyir”.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar