SON XƏBƏRLƏR

PKK DAXİLİNDƏ ÇAXNAŞMA . Terrorçular Qəndildən Dəməşqə qaçır

2021.10.20, 07:36
PKK DAXİLİNDƏ ÇAXNAŞMA . Terrorçular Qəndildən Dəməşqə qaçır

Gunaz.tv
PKK DAXİLİNDƏ ÇAXNAŞMA Terrorçular Qəndildən Dəməşqə qaçır Hörgütün faktiki rəhbəri Qarailanın öz rəqibi Fəhmanı zindana saldırması suriyalı kürdlərdə təlaş yaradıb Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində ağır zərbələr alan PKK terror təşkilatında kimin rəhbər olması məsələsi qanlı hesabların çəkilməsilə müşayiət olunmaqdadır. Abdulla Ocalanın həbsindən sonra PKK-da faktiki liderliyi ələ alan Murad Qarailan illərdən bəri mübarizə apardığı rəqibi - Suriya kürdü, “Doktor Bahoz Ərdal” ləqəbi ilə tanınan Fəhman Hüseyni zindana atdırıb. Bu barədə kurdistan.ru saytı xəbər yayıb. Bildirilir ki, ötən ilin dekabrında Qarailan İraqın şimalındakı Qəndil dağında PKK komandirlərinin toplantısını keçirib. Cəmil Bayık və Duran Kalkanın da qatıldığı həmin iclasda terror təşkilatının silahlı qanadının fəaliyyəti müzakirə olunub. Toplantıda qeyd edilib ki, “Bahoz Erdal”ın fəaliyyəti artıq hamını ciddi narahat edir. Türkiyə hərbçilərinin əməliyyatları nəticəsində PKK-nın çox ağır itkilər verməsi, təşkilatın beynəlxalq arenada siyasi dəstəyini itirməsinin əsas günahkarı kimi də Fəhman Hüseyn göstərilib. Qarailanın bu müzakirələrdən sonra F.Hüseyni PKK-nın silahlı qanadının komandiri postundan kənarlaşdıraraq yerinə Qədri Çeliki təyin etdiyi bildirilir. Toplantıdan ciddi narahat olan və hörgütün silahlı qanadının gələn ay keçiriləcək konqresi ərəfəsində özünə tərəfdar toplamağa çalışan F.Hüseyn isə kürdlərə ünvanlanmış bəyanat yayıb. Bəyanatda deyilir: “Murat Qarailan qorxaqdır. O, həbsxanada sağ qalmağa çalışan Aponun (Abdulla Ocalan - S.M.) əmrlərindən kənara çıxa bilmir. Bu adam imperialist güclərə nökərçilik edir. PKK-nın ideologiyasının zəifləməsi və bölgədəki təsir qüvvəsini itirməsinin yeganə günahkarı məhz Qarailandır”. 4436.jpg Bu açıqlamadan sonra Hüseynin M.Qarailanın gizli təlimatı əsasında Qəndilə gətirildiyi və zindana salındığı xəbər verilir. Onun sorğu-sualı davam edir. F.Hüseynin tutularaq istintaq edilməsi xəbəri PKK-da yayılan kimi əslən Suriyadan olan kürd terrorçular təşkilatın bazalarını tərk edərək Dəməşqə tərəf qaçıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar