SON XƏBƏRLƏR

LAVROV KLİNTONUN ZƏNGLƏRİNƏ CAVAB VERMİR

2021.10.20, 07:36
LAVROV KLİNTONUN ZƏNGLƏRİNƏ CAVAB VERMİR

Gunaz.tv
LAVROV KLİNTONUN ZƏNGLƏRİNƏ CAVAB VERMİR ABŞ-ın yeni dövlət katibi tərəfdaş ölkələrin rəhbərləri ilə danışıb 1898.jpg ABŞ-ın yeni dövlət katibi Hillari Klinton vəzifəsində təsdiq edildikdən sonra xarici ölkələrdən olan həmkarları ilə tanışlıq üçün telefon danışıqları aparır. Dövlət Departamentindən yayılan məlumata görə, Klinton iki gün ərzində 20-dən çox ölkənin xarici işlər naziri, prezidenti və baş naziri ilə telefon danışığı aparıb. Lakin o bir neçə dəfə cəhd göstərsə də Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışa bilməyib. Dövlət katibinin müavini Robert Vud deyib ki, xarici işlər naziri səfərdədir. 5187.jpg Vudun sözlərinə görə, dövlət katibi Böyük Britaniya, Fransa, Almaniya, Çexiya, Yaponiya, Cənubi Koreya, Çin, Hindistan, Avstraliya, Meksika, İsrail, Misir və Səudiyyə Ərəbistanı xarici işlər nazirləri ilə telefon danışıqları aparıb. Həmçinin o, Əfqanıstan, Pakistan prezidentləri, Fələstin administrasiyasının rəhbəri, İordaniya kralı ilə də telefon əlaqəsi saxlayıb. Vud deyib ki, dövlət katibi bu cür telefon danışıqlarını davam etdirəcək. Klintonun ilk iş günləri ərzində zəng etdiyi ölkələr arasında Türkiyə yoxdur. Ekspertlərə görə, bu, Türkiyənin Qəzza əməliyyatına ən sərt reaksiya göstərən ölkə olması ilə bağlı Vaşinqtonla Ankara arasında münasibətlərin soyumasının əlaməti ola bilər. Məlumatlara görə, dövlət katibi artıq Yaxın Şərq problemi üzrə tərəfdaş ölkələri seçib, onların arasında Türkiyə yoxdur. Hillari Klinton xarici ölkələrin Vaşinqtondakı səfirləri ilə də tanışlıq görüşləri keçirir. Rəsmi KİV-lərin yaydıqları xəbərlərə görə, artıq Azərbaycanın Vaşinqtondakı səfiri Yaşar Əliyev də onunla görüşüb. Bu görüş tanışlıq xarakteri daşıyıb, həmçinin iki ölkə arasındakı münasibətlərə dair fikir mübadiləsi aparılıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar