SON XƏBƏRLƏR

XOMEYNİYƏ QARŞI ÇIXMAQDA İTTİHAM OLUNDU

2021.10.20, 07:36
XOMEYNİYƏ QARŞI ÇIXMAQDA İTTİHAM OLUNDU

Gunaz.tv
XOMEYNİYƏ QARŞI ÇIXMAQDA İTTİHAM OLUNDU Girovla azadlığa çıxan hərəkatçılara hökm oxundu 112.jpg “Evin” həbsxanasında saxlanan Güney Azərbaycan Milli Hərəkatının fəallarından biri Hüseyn Hüseyni azadlığa buraxılıb. , milli hərəkatçı 55 min ABŞ dolları girovluğunun müqabilində sərbəst buraxılıb. Onunla birgə saxlanan Abdulla Abbasi Cavan isə hələ də həbsdədir. Hərəkatçını həbsxananın 209-cu şöbəsinə keçiriblər. Həmədanlı milli hərəkat fəalı Məhəmməd Səyyadi isə mühakimə edilib. İnqilab Məhkəməsinin hakimi Xəzai hərəkatçıya qarşı ağır ittihamlar irəli sürüb. Onu islam inqilabının lideri Xomeyni ideyalarına qarşı çıxmaqda, pantürkist təşkilatlara qoşulmaqda, nizam əleyhinə fəaliyyətdə suçlayıblar. Hakim hərəkatçının 6 il 6 ay həbs cəzasına layiq görülməsi barədə qərar çıxarıb. Güney Azərbaycanın başkəndi Təbriz şəhərində də hərəkat fəalları mühakimə olunub. “Olaylar”a daxil olan məlumata görə, 8 hərəkatçı nizam əleyhinə fəaliyyətdə, ölkənin əmniyyətinə təhlükə törətməkdə suçlandırılıb. Qeyd edək ki, bu hərəkatçılarla birgə tutulmuş Elçin Hatəmi və Səccad Radmehr bir müddət öncə 55 min dollarlıq girov qoymaqla azadlığa çıxmışdılar. Cavid TURAN musavat

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar