SON XƏBƏRLƏR

Bu gün Türkiyədə "Qafqazda sabitlik və əməkdaşlıq platforması» ideyası müzakirə ediləcək

2021.10.20, 07:36
Bu gün Türkiyədə "Qafqazda sabitlik və əməkdaşlıq platforması» ideyası müzakirə ediləcək

Gunaz.tv
Bu gün Türkiyədə "Qafqazda sabitlik və əməkdaşlıq platforması» ideyası müzakirə ediləcək istanbul_26_09_01.jpg Beş ölkənin iştirakı ilə keçiriləcək toplantıda Azərbaycanı xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edəcək Bu gün Türkiyənin İstanbul şəhərində 5 ölkənin xarici işlər nazirliyi nümayəndələrinin iştirakı ilə "Qafqazda sabitlik və əməkdaşlıq platforması» ideyası müzakirəyə çıxarılacaq. Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistanın xarici işlər nazirlərinin müavinləri və idarə rəhbərləri səviyyəsində keçiriləcək toplantıya, Türkiyənin Xarici İşlər Nazirliyində Qafqaz bölgəsi üzrə məsul nümayəndə, rəsmi Ankaranın Bakıdakı sabiq səfiri Əhməd Ünal Çeviköz sədrlik edəcək. Tədbirdə «Qafqaz sabitlik və əməkdaşlıq platforması» ideyasının reallaşdırılması ilə bağlı atıla biləcək addımlar müzakirə olunacaq. Azərbaycanı toplantıda xarici işlər nazirinin müavini Araz Əzimov təmsil edəcək. Xatırladaq ki, «Qafqazda təhlükəsizlik və əməkdaşlıq platforması»nın yaradılması təşəbbüsü ilə Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğan ötən ilin avqustunda çıxış edib. Bu təşəbbüsün iştirakçıları Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və Türkiyədir./ANS TV/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar