SON XƏBƏRLƏR

İran adlanan ölkə Fələstin üçün yeni parlament binası tikəcək

2021.10.20, 07:36
İran adlanan ölkə Fələstin üçün yeni parlament binası tikəcək

Gunaz.tv
İran Fələstin üçün yeni parlament binası tikəcək qezza_26-09.jpg Bu barədə məlumatı İran məclisinin sədri Əli Laricani verib İran parlamenti Qəzzada fələstinlilər üçün yeni parlament binası tikəcək. Bu barədə məlumatı İran məclisinin sədri Əli Laricani verib. O bildirib ki, İran İslam Respublikası həmişə haqları tapdalanan fəlstinlilərə kömək edəcək. Qeyd edək ki, Fələstin Muxtariyyətinin parlament binası İsrailin bölgədə ötən ilin dekabrın 27-də «Həmas»a qarşı başlatdığı «Tökmə qurğuşun» adlı hərbi əməliyyatları nəticəsində dağıdılıb. İsraili dövlət kimi tanımayan İran əməliyyatlar başlayandan sonra «Həmas»ı dəstəkləyib. 22 gün davam edən hərbi əməliyyatlar nəticəsində 1300-dən artıq fələstinli ölüb, beş mindən artıq insan isə yaralanıb. İsrail Qəzza bölgəsindən hərbi birləşmələrini çıxarmağa başlayandan sonra Tehranda muxtariyyətin bərpası və rekonstruksiyası üçün kömək proqramı elan edilib. Kütləvi informasiya vasitələrinin məlumatına görə, İran İslam Respublikası burada min yaşayış evi, 10 məktəb, məscid və ticarət məntəqələrinin tikintisini maliyyələşdirəcək. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar