SON XƏBƏRLƏR

«Fəth»-lə «Həmas» milli birlik hökuməti yaradacaq

2021.10.20, 07:36
«Fəth»-lə «Həmas» milli birlik hökuməti yaradacaq

Gunaz.tv
«Fəth»-lə «Həmas» milli birlik hökuməti yaradacaq brusel10.jpg Brüsseldə Yaxın Şərqdəki vəziyyət və Qəzza sektorunun bərpası barədə müzakirələr keçirilib. Görüşdə Avropa Birliyi, Fələstin, Misir, İordaniya və Türkiyənin xarici işlər nazirləri iştirak edib. Avropa Birliyi Yaxın Şərqdəki sülh prosesi üçün «Həmas» və «Fəth» təşkilatlarının milli birlik hökuməti yartmasının önəmli olduğunu qeyd edib. Xarici işlər nazirləri müvəqqəti atəşkəsin uzun müddətli olmasının yollarını tapmağa çalışıb. Tərəflər Misirin sülh planını dəstəklədiklərini bildiriblər və İsraillə «Həmas»-ı bu istiqamətdə razılığa gəlməyə çağırıblar. Misirin xarici işlər naziri Əhməd Əbul-Qeyt tez bir zamanda Qəzzanın bərpası və sərhəd keçidlərinin açılması üçün İsrailə təzyiqlərin artırılmasını daha vacib məsələ adlandırıb. Hazırda İsrail tərəfi sərhədləri yalnız humanitar yardım üçün açmağa razılaşıb. Avropa Birliyi xarici işlər nazirləri Yaxın Şərq münaqişəsinin çözülməsi istiqamətində Fələstindəki daxili gərginliyə son qoymağın önəmli olduğunu bildiriblər. Onlar «Həmas» və «Fəth» təşkilatlarını mili birlik hökuməti yaratmağa çağırıblar. Həmçinin Avropa Birliyi Qəzzaya qanunsuz silah daşınmasına yol verilməyəcəyini bəyan edib. Danışıqlarda iştirak edən Fələstinin xarici işlər naziri Ryad Əl-Məliki İsrailin Qəzzada törətdiyi hərbi cinayətlərə görə cavab verməli və bu faktların araşdırılması üçün beynəxalq istintaq qurupunun yaradılmasının zəruriliyini bildirib. Fələstinli nazir deyib ki, baş nazir Ehud Olmert öz hərbiçilərinə haqq qazandırırsa İsrailin bundan sonra normal qonşu kimi özünü aparmasına kim zəmanət verə bilər?

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar