SON XƏBƏRLƏR

Barak Obama iqtisadi xilas paketinin detallarını açıqlayıb

2021.10.20, 07:36
Barak Obama iqtisadi xilas paketinin detallarını açıqlayıb

Gunaz.tv
Barak Obama iqtisadi xilas paketinin detallarını açıqlayıb 2009-01-26_9885.jpg Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama prezidentlik vəzifəsində ilk dəfə olaraq Amerika xalqına həftəlik müraciətini ünvanlayıb. özünün iqtisadi xilas paketinin bir sıra məqamlarını açıqlayan Obama bildirib ki, daimi iş yerlərindən çıxarılan və ya işlərinin dəyişilməsi nəticəsində sığortadan məhrum olan amerikalılara kömək məqsədilə səhiyyə sahəsinə 8,5 milyon dolların ayrılması nəzərdə tutulur. Obamanın iqtisadi komandası iqtisadi planın müsbət tərəflərini və ona dəstəyi əks etdirən hesabatı açıqlayıb. Köməkçilərin sözlərinə görə, əgər konqress üzvləri təklif olunan qanun layihəsinə dəstək olsalar, o halda bu nəticələrə yeni məktəblərin açılması, elektrikdən istifadə haqlarının aşağı salınması da daxil olacaq. Obamanın iqtisadi xilas paketinin qarşısında isə bu məqsədlər durur: bərpa olunan ehtiyatlardan enerji istehsalının həcmini yaxın 3 ildə 2 dəfə artırmaq, 10 minə yaxın məktəbi yenidən qurmaq, 5 milyon tələbənin təhsilini daha da yaxşılaşdırmaq, bakalar və magistr təhsili alan tələbələrin təqaüdünü 3 dəfə artırmaq. Qeyd edək ki, Birləşmiş Ştatlar ötən il 2,6 milyon işçi yerini itirib. Bu, ikinci dünya müharibəsindən bu yana bir ildə müşahidə edilə bilən ən böyük rəqəmdir. İstehsal isə son 28 ildə ən aşağı səviyyə düşüb. İqtisadçılarının bildirdiyinə görə, hətta Obamanın xilas paketi belə böhran bitməmiş işsizliyi yalnız 10 faiz azalda biləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar