SON XƏBƏRLƏR

İslam Partiyası: “Azərbaycandakı İsrail səfirliyi ləğv olunmalıdır”

2021.10.20, 07:36
İslam Partiyası: “Azərbaycandakı İsrail səfirliyi ləğv olunmalıdır”

Gunaz.tv
İslam Partiyası: “Azərbaycandakı İsrail səfirliyi ləğv olunmalıdır” islam-partiyasi.jpg Yanvarın 24-də Azərbaycan İslam Partiyası (AİP) Baş Məclisinin iclası keçirilib. Lent.az-ın məlumatına görə, iclasda qlobal maliyyə böhranı da daxil olmaqla bir sıra digər aktual məsələlər müzakirə olunub. Partiya İsrailin Qəzzada həyata keçirdiyi əməliyyata növbəti dəfə etirazını bildirib. Baş Məclisin qəbul etdiyi bəyanatda qeyd olunub ki, İsrail Qəzzada törətdiklərinə görə beynəlxalq məhkəmə qarşısında cavab verməlidir. Bəyanatda İsrailin Azərbaycandakı səfirliyinin ləğv olunması tələb olunur. AİP səfirliyin ləğv olunması ilə bağlı Azərbaycanın rəsmi dövlət qurumlarına müraciətlər də qəbul edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar