SON XƏBƏRLƏR

TRT erməni-azərbaycanlı düşmənçiliyini aradan qaldırmaq üçün serial çəkir

2021.10.20, 07:36
TRT erməni-azərbaycanlı düşmənçiliyini aradan qaldırmaq üçün serial çəkir

Gunaz.tv
TRT erməni-azərbaycanlı düşmənçiliyini aradan qaldırmaq üçün serial çəkir trt_yeni_serial_cekir.jpg “Ayrılıq” adlı serialda, eşq və təbii qaz boru kəməri ilə bağlı mövzulardan bəhs ediləcək Türkiyə prezidenti Abdullah Gülün Ermənistan-Türkiyə milli matçı üçün İrəvana səfəri ilə başlamış iki ölkə arasındakı yaxınlaşmaya TRT də dəstək vermək istəyir. Bu məqsədlə kanal yeni serial çəkəcək. TRT-nin "Ayrılıq" adlı yeni serialının çəkilişlərinin bir hissəsi İrəvanda aparılacaq. TRT bu serial sayəsində erməni-azərbaycanlı düşmənliyini də ortadan qaldırmağı hədəfləyib. “Ayrılıq” serialında eşq, avantürist intriqa və təbii qaz boru kəməri ilə bağlı mövzulardan bəhs ediləcək. Serialda Ermənistanla yanaşı Azərbaycan və Çeçenistan da daxil olmaqla yeddi müxtəlif ölkəni təmsil edən, 7 baş rol ifaçısı olacaq. /ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar