SON XƏBƏRLƏR

Macarıstanda “Nabucco” Zirvəsi başlayır

2021.10.20, 07:36
Macarıstanda “Nabucco” Zirvəsi başlayır

Gunaz.tv
Macarıstanda “Nabucco” Zirvəsi başlayır nabucco-xerite.jpg İran toplantıya dəvət edilməyib Rusiya-Ukrayna qaz “savaşı”ndan sonra həyati əhəmiyyət kəsb edən “Nabucco” layihəsi ilə bağlı “yol xəritəsi”ni müzakirə etmək üçün sabahdan etibarən Macarıstanda iki günlük dövlət və hökumət başçıları zirvəsi keçiriləcək. Lent.az-ın məlumatına görə, toplantıya AB üzvü olan dövlətləri ilə bərabər, istehsalçı və tranzit ölkələr qatılacaq. İran sammitə dəvət edilməyib. “Nabucco” konsorsiumunun üzvü olan Macarıstan hökumətinin təşkil etdiyi “Nabucco” Zirvəsində 3 min 300 kilometrlik boru xəttinin çəkilişi müzakirə ediləcək. Sammitdə AB-yə hazırda sədrlik edən Çexiya, Azərbaycan, Rumıniya və Bolqarıstan kimi ölkələrin dövlət və hökumət başçılarının iştirak edəcəyi bildirilir. İranın Milli Qaz İxracat Şirkətinin prezidenti Rza Xasayzadə ölkəsinin toplantıya dəvət edilmədiyini bildirib. Macarıstandakı zirvədə həmçinin “Nabucco” Qaz Boru xətti Şirkətinin rəhbəri Reynhard Mitçek, Avropa Yenidənqurma və İnkişaf Bankının rəhbərləri, habelə ABŞ yetkililəri də iştirak edəcəklər. Qeyd edək ki, ümumilikdə 8 milyard avrodan artıq kapital qoyulması gözlənilən “Nabucco” xətti Orta Asiyadan, Azərbaycandan, Türkiyə, Bolqarıstan və Macarıstandan keçməklə Avstriyaya qaz daşınması nəzərdə tutulur. Buradan isə qaz Mərkəzi və Qərbi Avropaya ötürüləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar