SON XƏBƏRLƏR

PKK-da liderlik boğuşması

2021.10.20, 07:36
PKK-da liderlik boğuşması

Gunaz.tv
PKK-da liderlik boğuşması Türkiyə Silahlı Qüvvələrinin həyata keçirdiyi əməliyyatlar nəticəsində ağır zərbələr alan PKK terror təşkilatında kimin rəhbər olması məsələsi qanlı hesabların çəkilməsi ilə müşaiyət olunur. Abdulla Ocalan həbs olunaraq ömürlük İmralı həbsxanasına salınandan sonra PKK-ya faktiki liderlik edən Murad Karayılan illərdən bəri mübarizə apardığı Suriya kürdü, "Doktor Bahoz Ərdal" ləqəbi ilə tanınan Fəhman Hüseyni zindana atdırıb. Ötən ilin dekabrında M.Karayılan İraqın şimalındakı Qəndil dağında PKK-nın komandirlərinin toplantısını keçirib. Cemil Bayık və Duran Kalkanın da qatıldığı həmin iclasda terror təşkilatının silahlı qanadının fəaliyyəti müzakirə olunub və bildirilib ki, "Bahoz Erdal"ın fəaliyyəti artıq hamını ciddi narahat edir. Türkiyə hərbçilərinin əməliyyatları nəticəsində PKK-nın çox ağır itkilər verməsi, təşkilatın beynəlxalq arenada siyasi güc mövqeyini itirməsinin yeganə günahkarı kimi Fəhman Hüseyn göstərilib. M.Karayılan bu müzakirələrdən sonra F.Hüseynin PKK-nın silahlı qanadının komandiri postundan kənarlaşdıraraq onun yerinə Qədri Çeliki təyin edib. Bu toplantıdan çox narahat olan, PKK-nın silahlı qanadının (HPG) gələn ay keçiriləcək konqresi ərəfəsində özünə tərəfdar toplamağa çalışan Fəhman Hüseyn isə kürdlərə ünvanlanmış bəyanat yayıb. "Murat Karayılan qorxaqdır və həbsxanada sağ qalmağa çalışan Aponun (Abdulla Ocalan, - red) əmrlərindən kənara çıxa bilmir. Bu adam imperialist güclərə nökərlik edir. PKK-nın ideologiyasının zəifləməsi və bölgədəki təsir qüvvəsini itirməsinin yeganə günahkarı məhz Murat Karayılandır", - bəyanatda deyilirdi. Bu açıqlamadan sonra M.Karayılanın gizli təlimatı ilə F.Hüseyn Qəndilə gətirilb və zindana atılıb. Onun sorğu-sualı dava edir. F.Hüseynin tutularaq istintaq edilməsi xəbəri PKK-da yayılan kimi əslən Suriyadan olan kürd terrorçular təşkilatın bazalarını tərk edərək Dəməşqə tərəf qaçıblar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar