SON XƏBƏRLƏR

SUPERGÜCLƏR POLİQON AXTARIŞINDA

2021.10.20, 07:36
SUPERGÜCLƏR POLİQON AXTARIŞINDA

Gunaz.tv
SUPERGÜCLƏR POLİQON AXTARIŞINDA 39126_1 Son günlər Moskva və Vaşinqtondan gələn qarşılıqlı ittihamlar Azərbaycanın da təhlükəsizliyinə hədədir İ.ABBASOV "ABŞ Avropa, Mərkəzi Asiya və Qafqaz regionunda öz strateji üstünlüyünü itirməyə başlayıb". APA-nın məlumatına görə, bu fikirləri ABŞ Senatının xarici əlaqələr komitəsinin sədr müavini, respublikaçı senator Riçard Luqar söyləyib. Senatda Ceyms Staynberqin ABŞ dövlət katibinin müavini postuna təsdiqlənməsi ilə bağlı keçirilən dinləmələrdə çıxış edən Riçard Luqar bildirib ki, ABŞ-ın itirdiyi mövqelər Rusiyanın əlinə keçməkdədir. "Qeyd etmək istəyirəm ki, biz tədricən Avropa, Mərkəzi Asiya və Qafqaz regionunda strateji üstünlüklərimizi əldən verməyə başlamışıq. Əvəzində isə Rusiya enerji daşıyıcılarının nəqli məsələsində mövqelərini möhkəmlədir və bu durum Şimali Atlantika Alyansında fikir ayrılıqlarına səbəb olur. ABŞ və Avropa üçün əsas təhlükələrdən biri enerji təhlükəsizliyi sferasında razılaşdırılmış strategiyanın olmamasıdır", - deyə qeyd edən Riçard Luqar enerji daşıyıcılarının müxtəlifləşdirilməsinə nail olmağın vacibliyini vurğulayıb: "Gürcüstanın üzləşdiyi münaqişə və Rusiyanın Avropaya qaz nəqlini dayandırması keçmişdə qalmış böhran kimi dəyərləndirilə bilər, lakin bu hadisələri ABŞ və Avropanın vahid enerji nəqlinin müxtəlifləşdirilməsi strategiyası yaratmaq cəhdlərinin iflasa uğraması kimi qiymətləndirmək lazımdır". Analitiklərə görə, əslində bu nitqi ilə "soyuq" müharibənin davam etdiyini açıq-aydın dilə gətirən senator Obama hökumətinə "yumşaq siyasət yürütməməklə" bağlı mesaj verib. Məlum olduğu kimi, müharibə əleyhdarı kimi çıxış edən ABŞ-ın yeni prezidenti Barak Obama ilk iş günündə Əfqanıstan və İraq müharibəsi zamanı "xüsusi hərbi cinayətlərdə" təqsirli bilinən dustaqlar üçün açılmış Quantanamo həbsxanasının bağlanılması haqqında qərar verib. Bu addımı həm də ABŞ-ın Əfqanıstan və İraqa qarşı jesti kimi izah edən analitiklər hesab edirlər ki, bu və Obama administrasiyasının gələcəkdə ata biləcəyi bu kimi addımlara baxmayaraq, Birləşmiş Ştatların konkret xarici siyasi kursu var və uzun illərdir hakimiyyətdə demokratlar və ya respublikaçıların olmasından asılı olmayaraq, bu siyasət dəyişməz qalır. Amma mühafizəkar ABŞ siyasətçiləri Obama idarəetməsində sürprizlərin olacağından ehtiyat edirlər və bu səbəbdən də yuxarıda qeyd olunan məqamlar qabarır. Məlum olduğu kimi, Rusiya ilə Gürcüstan arasında ötən ilin avqustunda baş tutmuş müharibə zamanı Moskva özünü Qafqaz bölgəsinin jandarmı kimi apardı. Habelə Avropada yaşanan qaz böhranı ilə də Rusiya onunla kimsənin zarafat etməyə cürət etməyəcəyinə işarə etdi. Analitiklər yaranmış durumda bu zamana qədər Şimalla Qərb arasında balanslı siyasət yürütməyə cəhd edən Azərbaycanın da çıxılmaz vəziyyətə düşdüyünü bildirirlər. Belə ki, Rusiyanın xoşuna gəlmək, həm də daxili ictimai-siyasi vəziyyəti Kremlsayağı nəzarətdə saxlamaq üçün hökumət Azərbaycanda xarici radiostansiyaların milli tezlikdə yayımını yasaq etdi. Əvvəllər hökumət "teleradio yayımı sahəsində nizam-intizam yaradırıq" desə də, nəhayət Prezidentin İcra Aparatının ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov sözünü dedi. Ə.Həsənov "day.az" saytına müsahibəsində aydın şəkildə qeyd edib ki, "Azadlıq", "Amerikanın səsi" və BBC radiostansiyaları "soyuq" müharibənin davamıdır. Şöbə müdiri bildirib ki, bu radiolar onların sahibi olan ölkələrin əleyhinə olduqları ölkələrdə yerli dildə yayımlanır. Ə.Həsənov bu ifadəsi ilə ABŞ və Böyük Britaniyadan dolayı narazılığını bildirib. Əslində Ə.Həsənovun ifadəsində həqiqət də var. Yuxarıda adları çəkilən radiolar heç ABŞ və Britaniyada da yayımlanmırlar. Çünki həmin radioların sahibi olan supergüclər hesab edirlər ki, onların ölkələrində hazırda belə informasiya vasitələrinə ehtiyac yoxdur, çünki yüzlərlə mətbuat orqanı sərbəst şəkildə fəaliyyət göstərir. Bu baxımdan Qərb Azərbaycan hökumətinin bu addımından ciddi şəkildə narahat olub və onu Rusiyaya jest kimi dəyərləndirir. Amma Azərbaycan hökumətinin Rusiyanın Ermənistana növbəti dəfə silah-sursat yardımı etməsi məsələsini gündəmə gətirməsi ondan xəbər verir ki, rəsmi Bakı Kremli də özünə dost saymır. Əks təqdirdə özünü Qafqazın de-fakto sahibi görən Rusiya yaratdığı Dağlıq Qarabağ problemini həll edərdi. Bu baxımdan analitiklər əsəblərin gərildiyini, supergüclər arasında davam edən "soyuq" müharibənin açıq müstəviyə qədəm qoyduğunu təhlükəli amil kimi dəyərləndirirlər. Şərhçilərə görə, supergüclər öz qüdrətlərini sübut etmək üçün açıq meydanda üzbəüz döyüşə girməyəcəklər. Amma onlar güclərini nümayiş etdirmək üçün problemli bölgələri və ya ölkələri siyasi mübarizə, ya da hərbi münaqişə nəticəsində poliqona çevirə bilərlər. Hər halda son zamanlar Vaşinqton və Moskvadan gələn qarşılıqlı ittiham dolu mesajlar bu xoş olmayan gələcəyi vəd edir. Şərhçilərə görə, bu vəziyyətin Azərbaycana da bu və ya digər şəkildə toxunacağı riski var. Məsələn, Rusiya Dağlıq Qarabağ istiqamətində erməniləri hücuma keçməyə sövq edərək müharibəni yenidən alovlandıra və ya Azərbaycanın digər bölgələrində dini-etnik baxımından hansısa problemi yarada bilər. Buna bənzər hansısa problemlərin ABŞ tərəfindən də qabardılacağı istisna deyil

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar