SON XƏBƏRLƏR

Dünya maliyyə böhranı Azərbaycan vətəndaşlarının əmək fəaliyyətinə güclü təsir göstərməyib - əmək naziri

2021.10.20, 07:36
Dünya maliyyə böhranı Azərbaycan vətəndaşlarının əmək fəaliyyətinə güclü təsir göstərməyib - əmək naziri

Gunaz.tv
Dünya maliyyə böhranı Azərbaycan vətəndaşlarının əmək fəaliyyətinə güclü təsir göstərməyib - əmək naziri _fizuli_alekberov_010906-2-big.jpg Dünya maliyyə böhranı Azərbaycan vətəndaşlarının əmək fəaliyyətinə güclü təsir göstərməyib – Əmək Nazirliyinin monitorinq apardığı 3,46 min müəssisədə əmək müqavilələrinin cəmi 0,86 faizi ləğv edilib. “Bu o deməkdir ki, 244 min nəfərdən cəmi iki min nəfəri işdən azad edilib”, - Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov cümə günü 2008-ci ilin yekunlarına həsr olunmuş kollegiyada bildirib. Onun sözlərinə görə, respublikada gözlənilən ixtisarlar heç 1 faizə də çatmır. “İxtisarların məhz hansı sahələrdə baş verdiyi hələ dəqiqləşdirilir”, - idarə rəhbəri qeyd edib. Onun sözlərinə görə, Azərbaycanda rəsmi qeydiyyatdan keçmiş və aktiv fəaliyyət göstərən cəmi təxminən 52,1 min müəssisə var. “Mövcud məlumatlara görə, bu müəssisə əməkdaşlarının təxminən 2 faizi müddətsiz, ödənişsiz məzuniyyətə göndəriliblər və təxminən 3 min işçi artıq iş yerlərinə qayıdıb”, - Ələkbərov vurğulayıb. “Bu şirkətlər ixracatyönümlüdürlər və xarici müştərilərdən yeni sifarişlər alıblar”, - nazir deyib.trend

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar