SON XƏBƏRLƏR

Ərdoğanın ideyası reallaşır

2021.10.20, 07:36
Ərdoğanın ideyası reallaşır

Gunaz.tv
Ərdoğanın ideyası reallaşır İstanbulda Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının iclası keçiriləcək Yanvarın 26-da İstanbulda Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının iclası keçiriləcək. Bu barədə Türkiyə KİV-ləri məlumat yayıb. İclasda Azərbaycan, Ermənistan, Gürcüstan, Rusiya və Türkiyənin yüksək vəzifəli nümayəndələri iştirak edəcəklər («Turan»). Xatırladaq ki, Qafqazda Sabitlik və Əməkdaşlıq Platformasının yaradılması təşəbbüsü Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğana məxsusdur. Bu təşəbbüs 2008-ci ilin avqustunda Rusiyanın Gürcüstana qarşı təcavüzündən sonra irəli sürülüb. Ərdoğan həmin vaxt bildirib ki, platforma yalnız region ölkələrinin iştirakını nəzərdə tutan coğrafi prinsiplər, habelə Qafqazda sülh, təhlükəsizlik və sabitliyin tam bərpası, iqtisadi əməkdaşlıq və enerci təhlükəsizliyinin təmin edilməsi prinsipləri əsasında yaradılmalıdır. Türkiyənin baş nazir həmçinin qeyd edib ki, platforma ATƏT prinsiplərinə söykənməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar