SON XƏBƏRLƏR

GÜRCÜSTANIN AZƏRBAYCAN KƏNDLƏRİNDƏ XAÇLAR UCALDILIR . Nəsib Nəsibli: “Xaçlar sökülməsə, bu məsələ parlamentdə qaldırılacaq”

2021.10.20, 07:36
GÜRCÜSTANIN AZƏRBAYCAN KƏNDLƏRİNDƏ XAÇLAR UCALDILIR . Nəsib Nəsibli: “Xaçlar sökülməsə, bu məsələ parlamentdə qaldırılacaq”

Gunaz.tv
GÜRCÜSTANIN AZƏRBAYCAN KƏNDLƏRİNDƏ XAÇLAR UCALDILIR Nəsib Nəsibli: “Xaçlar sökülməsə, bu məsələ parlamentdə qaldırılacaq” 405.jpg Gürcüstanın azərbaycanlılar yaşayan kəndlərində xristian xaçları ucaldılır. “Trend”in bununla xəbərdə Gürcüstan Patriarxlığı yerli idarəsinin Kvemo-Kartli (Borçalı) bölgəsindəki Qoçulu və Kəpənəkçi kəndlərində 7-10 metr hündürlüyündə xaçlar ucaltdığı bildirilir. Qoçulu kənd sakini Dünyamalı Kərəm agentliyə açıqlamasında “Gürcüstan azərbaycanlıları əhalisi müsəlman olan kəndlərdə xaç ucaldılmasını anlamadığını” deyib. Onun fikrincə, kəndlərin görünən yerlərində ucaldılmış xaçlarla gürcülər tarixi təhrif etmək, əvvələr bu ərazilərdə azərbaycanlıların yaşamadığını sübut etmək istəyirlər. Məsələ ilə bağlı Gürcüstan parlamentinin Kvemo-Kartlidən deputatı Azər Süleymanova müraciət olunub və hazırda rəsmi strukturların cavabını gözləyirlər. “Gürcüstanın patriarx-katolikosu II İlya yerli əhalinin narahatlığından xəbər tutan kimi əməkdaşlarını müsəlman əhalinin yaşadığı yerlərdə xaçların ucaldılması məsələsinə ehtiyatla yanaşmağa çağırıb”. Gürcüstan Patriarxlığı yanında Dinlərarası Münasibətlər Mərkəzinin rəhbəri Lela Cecelava “Trend”ə belə deyib. Gürcüstanın hər yerində xaç ucaltmaq ənənəsi olduğunu vurğulayan mərkəz rəhbəri Bolnisi kəndlərində xaç ucaltmaqla azərbaycanlı əhalini incitmək fikrində olmadıqlarını söyləyib: “Axı xaç yalnız xristianlıq deyil, həm də inam və məhəbbət simvoludur”. Azərbaycan parlamentinin deputatı, əslən gürcüstanlı Nəsib Nəsibli isə “Trend”ə deyib ki, azərbaycanlılar yaşayan ərazilərdə ucaldılmış xaçlar sökülməsə, məsələ Milli Məclisdə qaldırılacaq: “1992-ci ildən Bolnisi rayonundakı Azərbaycan köklü inzibati ərazi vahidlərinin bir çoxunun adı gürcü toponimləriylə əvəz edilib ki, buna da hansısa məntiqi anlam vermək mümkün deyil. Gürcüstan hökuməti bu cür məsələlərə incə yanaşmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar