SON XƏBƏRLƏR

“ERGENEKON”la BAĞLI İKİ MÜHÜM XƏBƏR

2021.10.20, 07:36
“ERGENEKON”la BAĞLI İKİ MÜHÜM XƏBƏR

Gunaz.tv
“ERGENEKON”la BAĞLI İKİ MÜHÜM XƏBƏR Üç nəfər həbsdən buraxıldı, 22 kilo arıqlayan general isə Gülhanə xəstəxanasına köçürüldü Çoxsaylı cinayətlərdə suçlanaraq həbs edilən “Ergenekon”çulardan üçü dünən azadlığa buraxılıblar. Bunlar Müəmmar Qarabulud, Vedat Yenerər və Orhan Tuncdur. “Ergenekon”un əsas fiqurlarından sayılan general Xurşud Tolon isə dünən Gülhanə Hərbi Tibb Akademiyasına köçürülüb. Generalın vəkili İlkay Sezər deyib ki, onun müdafiə etdiyi şəxs həbsdə olduğu müddət ərzində müəmmalı şəkildə 22 kilo arıqlayıb. Onun xəstəxanaya köçürülməsi də bu arıqlama ilə bağlıdır. Vəkil əlavə edib ki, X.Tolonun müayinəsindən sonra səhhəti ilə bağlı açıqlama veriləcək. Dünən Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahından da “Ergenekon”la bağlı açıqlama yayılıb. Baş Qərargah yetkilisi Metin Gurak keçirdiyi mətbuat konfransında adı “Ergenekon” işində hallanan Əbdülkərim Kırcanın özünə qəsd etməsilə bağlı da danışıb. O deyib ki, Kırcanın özünə qəsd etməsi ilə bağlı bəzi mətbuat orqanlarında dərc edilən yazılardan Baş Qərargah narazı qalıb. M.Gurak bununla bağlı həmin mətbuat orqanlarına öz iradlarını bildirdiklərini deyib. “Ergenekon” təşkilatı ilə əlaqədə suçlanaraq həbs edilən digər bir keçmiş ordu generalı Mustafa Dönməzin evindən tapılan silahlara gəlincə, Metin Gurak “biz də bu məsələlərə aydınlıq gəlməsində maraqlıyıq” deyib. Metin Gurak baş nazir Rəcəb Tayyib Ərdoğanla Baş Qərargah rəisi İlkər Başbuğun cümə axşamı keçirilən görüşü ilə bağlı geniş danışmayıb. O, deyib ki, indən sonra baş nazirlə Baş Qərargah rəisi hər həftənin cümə axşamı görüşəcəklər. MƏHƏBBƏT

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar