SON XƏBƏRLƏR

Balakəndə eramızdan əvvələ aid tarixi əşyalar tapılıb – FOTOLENT

2021.10.20, 07:36
Balakəndə eramızdan əvvələ aid tarixi əşyalar tapılıb – FOTOLENT

Gunaz.tv
Balakəndə eramızdan əvvələ aid tarixi əşyalar tapılıb – FOTOLENT 12:56 24-01-2009 foto lent < 1 / 3 > Balakən rayon ərazisindən eramızdan əvvəl 12-8-ci minilliklərə aid tarixi əşyalar tapılıb. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Azərbaycan Milli Elmlər Akademiyasının dissertantı, tarixçi Akif Məmmədli məlumat verib. A. Məmmədlinin sözlərinə görə, Balakən rayonunun Katex kəndi ərazisində ibtidai insanların obsidiandan ( vulkanik şüşə, çaxmaq daşı) hazırlanmış kiçik ölçülü əmək alətləri aşkarlanıb. Tarixçi deyib ki, həmin alətlər orta daş dövründə (eramızdan 12-ci-8-ci minilliklərdə) istifadə edilməyə başlanıb. A. Məmmədli deyib ki, mikrolitlərin tapıldığı əraziyə yaxın yerdə hicri təqvimi ilə 1315-ci ildə tikildiyi bildirilən hücrə (türbə) binasının divarlarına qoyulmuş daşlar üzərində ibtidai insanlara aid olduğu şübhə doğurmayan piktoqrafik yazılar da var. Tarixçinin deyib ki, həmin əraziyə yaxın olan “Şişdağ” adlanan dağın başında isə siklop tikili var. Siklop tikililər isə tunc dövründə yaşamış ibtidai insanlara aiddir. Tarixçi onu da deyib ki, Balakən rayonu ərazisində mikrolitlərin, siklopik tikilinin və piktoqrafik yazıların tapılması burada ibtidai insanların orta daş dövründə artıq məskunlaşdıqlarını sübut edir. LENT.AZ Xəbərin oxunma sayı: 40

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar