SON XƏBƏRLƏR

Həmədan universitet tələbəsi 195 gün həbsə məhkum edildi

2021.10.20, 07:36
Həmədan universitet tələbəsi 195 gün həbsə məhkum edildi

Gunaz.tv
Həmədan universitet tələbəsi 195 gün həbsə məhkum edildi hebsxanafoto.jpg GÜNAZ.TV mətbuat mərkəzinin (www.dak.az) saytından əldə etdiyi məlumata görə, 20 yanvar 2009-cu il tarixində Güney Azərbaycanın Həmədan şəhərində inqilab məhkəməsi Sina universitesinin tələbəsi Məhəmməd Səyyadi heç bir vəkillə təmin edilmədən İranın cinayət məcəlləsinin 498, 500, 514-cü maddələrilə itiham və məhkum edilərək 195 gün müddətinə azadlıqdan məhrum edilib. Soydaşımız İran dövləti əleyhinə fəaliyyət, İranın ərazi bütövlüyünü parçalamaq və ixtişaşlar yaradtmaqda itiham edilibş. Lakin Məhəmməd Səyyadi Güney Azərbaycan Türklərinin milli və mədəni haqları uğrunda dinc fəaliyyət apardığını söyləyib. Məhəmməd Səyyadi milli fəaliyyətlərinə görə dəfələrlə universitetin inzibati komitəsi tərəfindən təziq və töhmətlərə məruz qalıb. Həmədan Sina universitəsinin tələbələri inqilab məhkəməsinin ədalətsiz hökmünə etiraz olaraq 21 yanvar 2009-cu il tarixində universitetdə etiraz aksiyası keçirərək Məhəmməd Səyyadinin dərhal azadlığını tələb ediblər. Polislərin mudaxiləsi və hucumu nəticəsində aksiya dağıdılıb. Məlumatda bildirilir ki, təhlükəsizlik və polis məmurları son vaxtlarda Məhəmməd Səyyadinin ailəsini dəfələrlə övladlarını öldürməklə hədələyiblər. Həmin təhdidlər nəticəsində soydaşımızın ailə uzvləri ciddi ruhi xəstəliklərə duçar olublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar