SON XƏBƏRLƏR

Moskvada Rəsulzadənin yubileyi keçiriləcək

2021.10.20, 07:36
Moskvada Rəsulzadənin yubileyi keçiriləcək

Gunaz.tv
Moskvada Rəsulzadənin yubileyi keçiriləcək mehemmed-emin.gif Moskvada Azərbaycan Xalq Cümhuriyyətinin qurucusu, dramaturq və mütəfəkkir Məhəmməd Əmin Rəsulzadənin 125 illiyi qeyd olunacaq. APA-nın məlumatına görə, tədbir yanvarın 31-də Millətlər Evində keçiriləcək. Təşkilatçı “AzərRos” Rusiya Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətidir. ---------------------------------------------------------- Əsirlikdəki əsgərimizin ailəsinə yazdığı məktubun məzmunu açıqlanıb esiresgerrafiqhesenov.jpg Ermənistanda əsirlikdə saxlanılan Azərbaycan Ordusunun əsgəri Rafiq Rəhman oğlu Həsənovun məktubu bu gün ailə üzvlərinə təqdim olunub.Bu barədə APA-nın Qarabağ bürosuna əsirin atası Rəhman Həsənov bildirib. R. Həsənov məktubun mətninin aşağıdakı kimi olduğunu deyib: “Sağlıq-salamatlıqdır. Vəziyyətim yaxşıdır. Tezliklə görüşərik. Bütün qohum-əqrəbaya məndən salam deyin. Həmçinin əmilərimə və dayılarıma”. Qeyd edək ki, Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları yanvarın 21-də R. Həsənovla görüşüblər. BQXK nümayəndələri əsirin saxlanma şəraitinin monitorinqini apararaq, onun səhhəti ilə maraqlanıblar. R. Həsənovun adından BQXK təmsilçisi əsirin ailəsinə məktub yazıb. Xatırladaq ki, Azərbaycan Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb. R. Həsənov yazıb-oxuya bilmədiyi üçün onun adından ailəsinə məktubları BQXK nümayəndələri yazıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar