SON XƏBƏRLƏR

AZƏRBAYCAN ÇEMPİONU MÜBARİZƏNİ DAYANDIRDI

2021.10.20, 07:36
AZƏRBAYCAN ÇEMPİONU MÜBARİZƏNİ DAYANDIRDI

Gunaz.tv
AZƏRBAYCAN ÇEMPİONU MÜBARİZƏNİ DAYANDIRDI Azərbaycan çempionu «İnter» Birlik kubokunun yarımfinalında Qazaxıstanın «Aktobe» komandasına 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Rusiya paytaxtı Moskvada düzənlənən turnirin digər yarımfinal qarşılaşmasında Moldovanın «Şerif» klubu Özbəkistan «Paxtakor»unu penalti seriyasında üstələyib. Final sabah keçiriləcək. Keçmiş SSRİ ölkələri birinciliklərinin qaliblərini bir araya gətirən turnir 1993-cü ildən keçirilir. Moskvanın «Spartak» klubu 6, Kiyev «Dinamo»su 4 dəfə yarışdan qalib çıxıb. «Dinamo» (Tbilisi), «Lokomotiv» (Moskva), «Şerif» (Tiraspol), «Paxtakor» (Daşkənd), eləcə də Azərbaycan təmsilçiləri «Neftçi» (Bakı) və «Xəzər-Lənkəran» hərəyə bir dəfə uğur qazanıb. Bakılılar 2006-cı, lənkəranlılar 2008-ci ildə kuboku başları üzərinə qaldırıblar «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar