SON XƏBƏRLƏR

Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri ailəsinə məktub göndərib

2021.10.20, 07:36
Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri ailəsinə məktub göndərib

Gunaz.tv
Ermənistanda əsirlikdə olan Azərbaycan əsgəri ailəsinə məktub göndərib esiresgerrafiqhesenov.jpg Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Ermənistan nümayəndəliyinin əməkdaşları yanvarın 21-də ötən il oktyabrın 8-də erməni hərbi birləşmələri tərəfindən əsir götürülmüş Azərbaycan Ordusunun əsgəri Rafiq Rəhman oğlu Həsənova baş çəkiblər. Bu barədə APA-ya BQXK-nin Azərbaycan nümayəndəliyinin mətbuat katibi Gülnaz Quliyeva məlumat verib. Onun sözlərinə görə, BQXK nümayəndələri əsirin saxlanma şəraitinin monitorinqini apararaq, onun səhhəti ilə maraqlanıblar. R. Həsənovun adından BQXK təmsilçisi əsirin ailəsinə məktub yazıb. Əsirin məktubu bu gün BQXK-nın Bərdədəki ofisi vasitəsi ilə R. Həsənovun ailəsinə çatdırılıb. Qeyd edək ki, Azərbaycan Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin əsgəri, 1989-cu il təvəllüdlü Rafiq Rəhman oğlu Həsənov 8 oktyabr 2008-ci il tarixdə Qazax rayonu ərazisində qoşunların təmas xəttində Ermənistan hərbçiləri tərəfindən naməlum şəraitdə əsir götürülüb.apa

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar