SON XƏBƏRLƏR

ABŞ pilotsuz təyyarəsi Pakistan ərazisini atəşə tutub

2021.10.20, 07:36
ABŞ pilotsuz təyyarəsi Pakistan ərazisini atəşə tutub

Gunaz.tv
ABŞ pilotsuz təyyarəsi Pakistan ərazisini atəşə tutub Pakistanda Şimali Vəziristan regionunun amerika pilotsuzu tərəfindən atəşə tutulması nəticəsində ən azı 5 nəfər həlak olub. Bu barədə kəşfiyyat xidməti məlumat verib. Mənbənin məlumatına görə, pilotsuz təyyarə üç raket buraxıb. Reuters ------------------------------------------------------------------ Saakaşvili birbaşa efirdə əhalinin suallarını cavablandıracaq Gürcüstan prezidenti Mixail Saakaşvili bu gün gürcü televiziyasının Birinci kanalında birbaşa efirdə ölkə əhalisinin suallarını cavablandıracaq. “Prezident Birinci kanalın studiyasından ölkənin müxtəlif bölgələrindən əhalinin suallarına cavab verəcək. Bu prezidentlə əhali arasında televiziyanın köməyi ilə ilk görüşdür”- dövlət başçısının mətbuat xidməti məlumat verib. Onun sözlərinə görə, prezidentlə birbaşa efir 15.00-da başlayacaq və 3 saat davam edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar