SON XƏBƏRLƏR

TÜRKİYƏ, RUSİYA, AZƏRBAYCAN, GÜRCÜSTAN və ERMƏNİSTAN NÜMAYƏNDƏLƏRİ İSTANBULA TOPLAŞIR

2021.10.20, 07:36
TÜRKİYƏ, RUSİYA, AZƏRBAYCAN, GÜRCÜSTAN və ERMƏNİSTAN NÜMAYƏNDƏLƏRİ İSTANBULA TOPLAŞIR

Gunaz.tv
TÜRKİYƏ, RUSİYA, AZƏRBAYCAN, GÜRCÜSTAN və ERMƏNİSTAN NÜMAYƏNDƏLƏRİ İSTANBULA TOPLAŞIR Yanvarın 26-da İstanbulda Türkiyə, Rusiya, Azərbaycan, Gürcüstan və Ermənistanın Xarici İşlər nazirlikləri təmsilçilərinin görüşü olacaq. Xarici işlər nazirlərinin müavinləri və ya idarə rəhbərləri səviyyəsində keçiriləcək toplantıya Türkiyə Xarici İşlər Nazirliyində Qafqaz bölgəsi üzrə məsul nümayəndə, Ankaranın Bakıdakı sabiq səfiri Ünal Çeviköz ev sahibliyi edəcək. Toplantıda Türkiyənin baş naziri Rəcəb Teyyub Ərdoğanın irəli sürdüyü «Qafqaz Sabitlik və Əməkdaşlıq Platforması» ideyasının gerçəkləşdirilməsi istiqamətində atıla biləcək addımlar müzakirə olunacaq. Azərbaycan Xarici İşlər Nazirliyi Mətbuat Departameninin birinci katibi Elxan Poluxov «Media forum» saytına bildirib ki, Azərbaycanı toplantıda nazir müavini Araz Əzimov təmsil edəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar