SON XƏBƏRLƏR

ABŞ-ın yeni prezidenti Barak Obamanın Rusiyaya səfəri gözlənilir

2021.10.20, 07:36
ABŞ-ın yeni prezidenti Barak Obamanın Rusiyaya səfəri gözlənilir

Gunaz.tv
ABŞ-ın yeni prezidenti Barak Obamanın Rusiyaya səfəri gözlənilir obama.jpg Dövlət katibi Hillari Klintonun martda Moskvaya səfərinin planlaşdırıldığı bildirilir. Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni prezidenti Barak Obama aprel ayında Rusiyaya səfər edə bilər. Yeni dövlət katibi Hillari Klintonun isə artıq mart ayında Moskvaya səfərinin planlaşdırıldığı bildirilir. Bu barədə «Kommersant» qəzeti ABŞ Dövlət Departamentindəki mənbələrə istinadən məlumat yayıb. Xəbərə əsasən, Barak Obama martda özünün ilk Avropa turnesinə çıxacaq. Aprelin 2-də o, Londonda «Böyük iyirmilik»in sammitində iştirak edəcək və orada ilk dəfə olaraq Rusiya prezidenti Dmitri Medvedyevlə görüşəcək. Daha sonra Ağ evin yeni rəhbəri NATO-nun yubiley sammitinə yola düşəcək. Qeyd edək ki, bu tədbirin aprel ayının 3-4-də Almaniya-Fransa sərhəddində yerləşən Strasburq və Kil şəhərlərində keçirilməsi nəzərdə tutulub. NATO-nun yubiley sammitindən sonra isə Barak Obama Moskvaya yola düşəcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar