SON XƏBƏRLƏR

QUMDA SİMVOLİK EDAM

2021.10.20, 07:36
QUMDA SİMVOLİK EDAM

Gunaz.tv
QUMDA SİMVOLİK EDAM Yanvarın 22-də Qum şəhərinin böyük məscidlərindən birində Fironun simvolik edam mərasimi keçirilib. «Media forum» saytı xəbər verir ki, İslam Dünyası Hərəkatı Şəhidlərinin Xatirəsini Qoruyan Qurumun təşəbbüsü ilə keçirilən edam mərasimindən sonra Misirin keçmiş prezidenti Ənvər Sədatın öldürülməsindən çəkilmiş və İranla bu ölkə arasında münasibətlərin gərginləşməsinə səbəb olmuş «Fironun edamı» bədii filmi də nümayiş etdirilib. Fironun simvolik edamı dedikdə əslində Misirin hazırkı prezidenti Hüsnü Mübarəkin edamı nəzərdə tutulur. İran İnqilab Keşikçiləri Korpusunun («Sepah») nəzdində fəaliyyət göstərən «Bəsic» (hökumət tərəfdarı olan könüllülər dəstəsi) təşkilatının tələbələr qanadı yanvarın 5-də Misir prezidenti Hüsnü Mübarəki qətlə yetirə bilən şəxsə 1 milyon dollar mükafat verəcəyi barədə bəyanat yayıb. Həmin mükafatın məbləğini sonradan milyon yarım dollara qədər qaldıran «Bəsic» təşkilatı H.Mübarəkin başına pul qoyulmasını Misir hökumətinin sərhədi Qəzza bölgəsindəki fələstinlilərin üzünə bağlaması ilə əlaqələndirmişdi.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar