SON XƏBƏRLƏR

Rusiya prezidenti Dmitri Medvedev Özbəkistandadır

2021.10.20, 07:36
Rusiya prezidenti Dmitri Medvedev Özbəkistandadır

Gunaz.tv
Rusiya prezidenti Dmitri Medvedev Özbəkistandadır afp-russia-pres-dmitri-medvedev-190_01.jpg Rusiya prezidenti Dmitri Medvedev müdafiə və enerji məsələlərini müzakirə etmək üçün iki günlük rəsmi səfərlə Özbəkistana gəlib. Cənab Medvedevi bu gün Səmərqənd aeroportunda Özbəkistan prezidenti İslam Kərimov salamlayıb. Lakin rəsmi danışıqların cənab Kərimovun vətəni Səmərqənddə deyil, Daşkənddə aparılacağı deyilir. Bu, Dmitri Medvedevin keçən il Rusiyaya prezident seçildikdən sonra Özbəkistana ilk səfəridir. Qeyd edək ki, Rusiya prezidentinin bu ölkəyə səfəri Ukrayna ilə qaz böhranından sonra baş verir. Özbəkistan prezidenti İslam Kərimov da ölkəsindən Avropaya qaz ixracında maraqlı olduğunu bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar