SON XƏBƏRLƏR

Gürcüstanda iki casus erməni həbs edilib

2021.10.20, 07:36
Gürcüstanda iki casus erməni həbs edilib

Gunaz.tv
Gürcüstanda iki casus erməni həbs edilib gurcu_polisi.jpg Saxlanılan şəxslər casusluqda və silahlı qruplaşma yaratmaqda ittiham edilirlər Yanvarın 22-də Gürcüstanın cənubunda, Samtsxe-Cavaxeti regionunda iki Ermənistan vətəndaşı saxlanılıb. Bunlar Qriqor Minasyan və Sergey Akopcanyandır. «Qruziya Online»nın məlumatına görə, saxlanılan şəxslər casusluqda və qanunsuz olaraq silahlı qruplaşma yaratmaqda ittiham edilirlər. «Regnum» agentliyinin məlumatına görə, Minasyan, Axaltsixa Ermənistan Gənclik mərkəzinin direktorudur. Ondan bir necə saat sonra həbs edilən Akopcanyan isə «Şarl Aznavur» xeyriyyəçilik təşkilatının prezidentidir. Hər iki şəxsin evində axtarış aparılıb. Onlar paytaxt Tiflisə gətiriliblər. Xatırladaq ki, ötən ilin iyul ayında Gürcüstanın erməni diasporasının çox hissəsinin məskunlaşdığı Samtsxe-Cavaxeti regionunda hüquq mühafizə orqanının əmkdaşları «Vahid Cavaxk» erməni hərakatının liderlərindən biri Vaaqna Çaxalyanı tutmuşdular. O, silah saxlamaqda və kütləvi iğtişaşlar törətməkdə şübhəli bilinirdi./ANS PRESS/

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar