SON XƏBƏRLƏR

Kastro ölümünə hazır olmağa çağırıb

2021.10.20, 07:36
Kastro ölümünə hazır olmağa çağırıb

Gunaz.tv
Kastro ölümünə hazır olmağa çağırıb fidel-kastro.jpg Kubanın keçmiş lideri Fidel Kastro əhalini onun ölümünə hazır olmağa çağırıb. Lent.az-ın “İTAR-TASS” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Kastronun yerli KİV üçün yazdığı növbəti məqalədə bildirilir. Bununla yanaşı Kastro vəziyyətinin pis olduğu barədə iddiaları təkzib edib: “Hazırda özümü çox yaxşı hiss edirəm. Amma heç kim mənim vaxtaşırı məqalələrimdən, mənim səhhətimin vəziyyətindən və ya hətta mənim ölümümdən asılı olmamalıdır”. Komandante son zamanlar yazdığı məqalələrin sayını azaltmasına da aydınlıq gətirib. Kastro bildirib ki, beynəlxalq maliyyə böhranı səbəbindən yaranan obyektiv çətinlikləri nəzərə alaraq partiya və dövlətdəki yoldaşlarına mane olmamağa və onların işinə qarışmamağa çalışır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar