SON XƏBƏRLƏR

RUSİYA VALYUTA EHTİYATLARINI SÜRƏTLƏ İTİRİR

2021.10.20, 07:36
RUSİYA VALYUTA EHTİYATLARINI SÜRƏTLƏ İTİRİR

Gunaz.tv
RUSİYA VALYUTA EHTİYATLARINI SÜRƏTLƏ İTİRİR _45307471_rouble_203i.jpg Maliyyə böhranı Rusiya iqtisadiyyatına sarsıdıcı zərbələr vurmaqdadır. Neftin ucuzlaşması nəticəsində əsas gəlirlərindən məhrum olmaqla yanaşı, rusiyadan xarici kapitalın axını başlayıb. Ölkədə iqtisadi aktivlik azalır, işsizlərin sayı sürətlə artmaqdadır. Rusiya rublu isə son 4 ayda 40 faiz dəyərdən düşüb. Rusiyanın fond bazarında, yəni, qiymətli kağızlarının qiymətində kəskin ucuzlaşma davam edir. Burdakı investorlar öz səhmlərini satdıqlarına görə, qiymətlər az qala 2003-cü ilin səviyəsinə düşüb. İş o yerə çatıb ki, indi birjalarda ölkənin ən iri şirkətlərinin səhmlərini 50-60 qəpiyə almaq olar. Ölkənin ən böyük banklarından biri «Vneştorqbank»ın səhmləri isə 2 qəpik yarıma düşüb. Baş verənlər özünü Rusiya rüblunun məzənnəsində də göstərir. Avqustdan ucuzlaşmağa başlayan rubl indiyədək 40 faiz məzənnəsini itirib və xüsusilə son günlər sürətlə dəyərdən düşməkdədir. İndi bircalarda rublun dollar qarşısında məzənnəsi 1 dollar 33 rubl ətrafındadır. İqtisadiyyat Nazirliyi isə son hədəfin 1 dollar 35 rubl olacağını açıqlayıb. İndi Mərkəzi Bank rublun kəskin ucuzlaşmaması üçün ölkənin valyuta ehtiyatlarından istifadə edir. Amma rublun məzənnəsini az-çox normal həddə saxlamaq Rusiya Mərkəzi Bankına böyük itkilər hesabına başa gəlir. Təkcə yanvarın 19-da bank rublun məzənnəsini qorumaq üçün 9 milyard dollar satıb. Ümumiyyətlə Rusiyanın valyuta ehtiyatları ayda 40-45 milyard dollar sürətlə azalır. Söhbətin hansı məbləğdərdən getdiyini göstərmək üçün qeyd edək ki, Rusiyanın bir ayda itirdiyi pullar azərbaycanın illik büdcəsindən 3 dəfə artıqdır. Amma belə davam etsə, ölkənin valyuta ehtiyatları rublun məzənnəsini qorumaq üçün kifayət etməyəcək. Analitiklərin fikrincə, ehtiyatların həxmi 300 milyarda düşəndən sonra Mərkəzi Bank oyunu dayandırmalıdır, əks halda ölkənin xarici borcunu ödəmək üçün pul qalmayacaq. Doğrudur, son iki gün ərzində rubl bir qədər möhkəmlənib ki, bu da şirkətlərin vergi öbdəmələri ilə bağlıdır. Vergilər rublla öədənilməli olduğuna görə, iri şirkətlər əllərindəki dolları rubla dəyişdirməyə başlayıblar, bu da rubla tələbatı və onun məzənnəsini bir qədər artırıb. Amma analitiklərin fikrincə, rublun ucuzlaşması bundan sonra da davam edəcək. Xarici ekspertlər bildirir ki, artıq yaxın vaxtlarda Rusiyanın Mərkəzi Bankı rublun məzənnəsini idarə edə bilməyəcək və rublun enməsi idarəolunmaz bir prosesə çevriləcək. «Meril Linç» şirkətinin analitikləri bildirir ki, bu proses artıq apreldə baş verməlidir.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar