SON XƏBƏRLƏR

Obama Quantanamonu bağladı

2021.10.20, 07:36
Obama Quantanamonu bağladı

Gunaz.tv
Obama Quantanamonu bağladı quantanamo.jpg ABŞ prezidenti işgəncələri qadağan etdi ABŞ prezidenti Barak Obama terrorçuluqda ittiham edilənlərin saxlanıldığı Quantanamo həbsxanasının bağlanması barədə fərman imzalayıb. Lent.az-ın “France Presse” agentliyinə istinadən verdiyi məlumata görə, həbsxana bir il ərzində işini dayandıracaq. Bundan əlavə, Obama işgəncə tətbiq edilməsini də qadağan edib. Onun digər fərmanına görə, bütün istintaq addımları işgəncələri qadağan edən Cenevrə konvensiyasına uyğun olmalıdır. Hazırda Quantanamoda terrorçuluqda ittiham edilən 250 adam saxlanılır. Onların arasında 11 sentyabr hadisələrini təşkil etməkdə ittiham edilənlər də var. Həmin şəxsləri ölüm hökmü gözləyir. Kubadakı həbsxana bağlanılandan sonra bəzi məhbuslar xaricə aparılacaqlar. Digərlərini isə ABŞ-da mühakimə edəcəklər və Amerika həbsxanalarına köçürəcəklər. LENT.AZ

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar