Pentaqon bir sıra iri Çin şirkətlərinə qarşı məhdudiyyətlər tətbiq edib
Katz: “Hizbullah”ın hər hansı bir hücumu İsrailin Beyruta zərbələrinə səbəb olacaq
XİN rəhbərləri Azərbaycan–Türkiyə strateji müttəfiqliyinin daha da inkişaf etdirilməsini müzakirə edib
Ceyhun Bayramov İran ətrafında baş verənlərin regiona təsirindən danışıb
3121 nəfər məsuliyyətə cəlb edilib- Cahangir
Türkmən fəala ağır həbs cəzası verildi
Qardian: Yoxsulluq və bahalaşma İranda dərinləşir
"Etimad" qəzetinə qarşı cinayət işi açıldı
Tramp: İsrail və İran atəşi dərhal dayandırmalıdır
Husilər İsrailə yeni raket hücumu etdiyini açıqlayıb
Təl-Əviv: Qarşılıqlı hücumlar daha bir neçə gün davam edə bilər
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
İsrail: Zərbələr Hərbi Hava Qüvvələrinin İran üzərində fəaliyyət azadlığını genişləndirib
Tehranda uçuşlar ləğv edildi
SEPAH İraqda kürd qruplaşmalarının düşərgəsini vurdu
İran yenidən İsrailə raket atdı
AB İrana qarşı dəniz naviqasiyası azadlığı ilə bağlı sanksiyalar tətbiq edəcək
İranlı deputat: “Sakitlik və sabitliyə gedən yol müharibədən keçir”
Husilər Qırmızı dənizdə İsrail gəmilərinə qadağa qoymaq niyyətindədir
İsrail mediası: Hədəflər İran hava məkanına daxil olmadan vurulub
Paşinyan: Türkiyə ilə sərhəd açılmalı, Azərbaycanla sülh sazişi imzalanmalıdır
Fidan və Əraqçi regiondakı yeni gərginliyi müzakirə ediblər
Tramp: İrana qarşı quru əməliyyatının həyata keçirilməsi ehtimalı azdır
Ceyhun Bayramov İstanbula səfər edib
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Ermənistan MSK bülletenlərin sayılmasını başa çatdırıb, Paşinyanın partiyası qalib gəlib
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Təbrizdə hərbi obyekt vurulub
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
İsrail Tehrana hava zərbələrə endirib
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Walla: İsrail mənbəsi raket hüumundan sonra İranın “ağır zərbə alacağını” bildirib
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
İrandan İsrailə doğru raketlər atılıb
Hizbullahın əsas bazası hədəfə alındı
Fələstin İranın hücumunu kəskin şəkildə pislədi
İranda xaşxaş əkini rekord həddə çatıb
Ermənistan baş naziri Bakıya gəlmək istəyir
Pezeşkian: “Bütün həqiqətləri demək mümkün deyil”
Tramp: İranla razılaşma əldə olunmadan sanksiyalar ləğv edilməyəcək
“İran rejimi heç vaxt xoş niyyətlə danışıqlar aparmayıb”
İranın görünməyən liderinə Pakistandan məxfi mesaj
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
Türkiyədə “Ergenekon” işi çərçivəsində dünən növbəti həbslər həyata keçirilib. Sayca 11-ci olan bu həbs dalğası əvvəlkilərdən fərqlənməyib. Səhərin ilk saatlarında “Ergenekon” prokuroru Zəkəriyyə Özdən həbs olunacaq şəxslərin adları və ünvanları yazılmış qapalı zərfləri alan xüsusi təyinatlı polislər ölkənin eyni vaxtda 13 bölgəsində əməliyyata başlayıb. Bu dəfə aralarında xidmətdə olan ordu polkovnikləri, xüsusi təyinatlı polis zabitləri, jurnalistlər, həmkarlar təşkilatının rəhbəri də daxil olmaqla onlarla adam həbs edilib. Xəbərlərə görə əməliyyat çərçivəsində polis Ankarada AKP iqtidarını tənqid edən “Avrasiya” TV-nin redaksiyasına və CHP-yə yaxın olan Türk Metal Sindikatı həmkarlar təşkilatının başqanı Mustafa Özbəyin ofisinə basqın edib. Özbəyin və “Avrasiya” TV-nin bir neçə əməkdaşının həbs edildiyi bildirilir. Əməliyyatın yerli vaxtla səhər saat 5 radələrində başladığı xəbər verilir. Həbslər Ankara, İstanbul, Siirt, Kahramanmaraş, Bursa, Elazıq, Hakkari, Şırnak, Antalya, İqdır, Sivas və digər bölgələrdə aparılıb. İddialara görə, bu dəfəki əməliyyatda “Ergenekon” təşkilatının maliyyə qaynaqlarını sıradan çıxarmaq məqsədi qarşıya qoyulub. Türk Metal Sindikatının bu qaynaqlardan biri olduğu göstərilir. Ankaradakı həbslər zamanı Mustafa Özbəklə yanaşı, onun müavinləri və təşkilatın rəhbərliyinə daxil olan digər şəxslər də saxlanılıb. Daha sonra onların evlərində və iş yerlərində axtarışlar başlayıb. Mustafa Özbəyin oğlu Heydər Özbək jurnalistlərə bildirib ki, bu həbslər ABŞ-ın dəstəyi ilə Türkiyədə həyata keçirilən oyunların bir hissəsidir. “Türkiyədə türk olmaq artıq cinayət sayılır, özünü türk sayan hər kəsi bu aqibət gözləyə bilər”,- deyə o bildirib. Özbək özü isə polislərin əhatəsindən jurnalistlərə bir neçə kəlmə deməyə imkan tapıb. O deyib ki, “Ergenekon”çu olmaq iddiasiyla həbs edilir: “Gün gələr Türkiyədəki bu qanunsuzluqlar aradan qalxar”. Bildirilir ki, neçə vaxtdır AKP-yə bağlı mediada Özbəyin “Ergenekon”a pul verdiyi haqda iddialar yer alırdı. İddialar onun işdən çıxardığı Türk Metal Sindikatı Manisa şöbəsinin rəhbəri Mehmet Əli Özaltın tərəfindən irəli sürülürdü. *** Həbslər eyni vaxtda “Avrasiya” TV-nin redaksiyasında da həyata keçirlib. Mustafa Özbək bu televiziyanın idarə heyətinin fəxri sədridir. Kanalın bir neçə əməkdaşının həbs edildiyi haqda məlumatlar var. Bildirilir ki, bu kanalda AKP iqtidarına qarşı tənqidi fikirlərə yer verilir, “Ergenekon” əməliyyatının siyasi xarakter daşıdığı, “Ergenekon”un bir türk dastanı olmasından bəhs edilir. Həmçinin “Cümhuriyyət” qəzetinin yazarları bu kanalda veriliş aparır. İstanbulda isə jurnalist, internet qəzetlərdən birinin yazarı Ünal İnanc həbs edilib. O, son yazılarında “Ergenekon”un qara qutusu sayılan Tuncay Güneyin şübhəli keçmişi ilə bağlı araşdırmalar aparmışdı. Antalyada bir polis rəisinin və əməkdaşının saxlanıldığı, ifadələri alınmaq üçün İstanbula gətirildiyi bildirilir. Bursada Mustafa Özbəklə əlaqələri olan bir neçə şəxsin evində axtarışlar aparılıb. Tokatda xüsusi təyinatlı polis əməkdaşı saxlanılıb, Ispartada ordu zabitinin axtarışına başlanılıb, Kahramanmara bölgəsində isə 3 xüsusi təyinatlı polis əməkdaşı həbs edilib. Hatayda 1 xüsusi təyinatlı polis, Şırnakda isə 4 ordu zabiti saxlanılıb. Həbs edilən polislərin bu günlərdə həbs edilən keçmiş xüsusi təyinatlı polis rəisi İbrahim Şahinə bağlı şəxslər olduğu deyilir. Əməliyyatlar çərçivəsində orduda xidmət keçən 8 zabitin həbs edildiyi bildirilir. Onlardan ikisi xüsusi təyinatlı qüvvələrin polkovnikidir. Son xəbərlərə görə, həbs edilənlərin sayının 40-ı keçə biləcəyi təxmin edilirdi. Axtarılan şəxslərin bir çoxu evlərində tapılmayıb, həbs edilənlər isə İstanbula gətirilərək istintaqa təhvil veriliblər. *** Bu dəfə də həbslərə ən sərt etirazlar CHP-dən eşidilib. Ana müxalifət partiyasından millət vəkili Mustafa Özyürək deyib ki, Türkiyədə cəmiyyəti sındırmaq, qorxutmaq üçün başladılan prosesin getdikcə genişləndiyi görünür. Onun sözlərinə görə, bu dəfəki hədəf sindikat başqanları və media mənsublarıdır. Əsas hədəf isə iqtidara qarşı müxalif fikirlərə efir verən “Avrasiya” TV-dir. Özyürək deyib ki, CHP millət vəkillərindən bir qrupu həmrəyliklərini nümayiş etdirmək üçün telekanalın redaksiyasına baş çəkiblər. Onun bildirdiyinə görə, Türk Metal Sindikatının başqanı Mustafa Özbək demokratik, dünyəvi cümhuriyyəti müdafiə edənlərdən biridir, parlamentar sistemə inanır, sözünü açıq deyən biridir. Müxalifətçi millət vəkilinin bildirdiyinə görə, polislər kanalın redaksiyasına terror yuvasına basqın edən kimi daxil olublar, jurnalistlərin qolları burulub, onların əşyaları, otaqları ələk-vələk edilib. *** “Cihan” xəbər agentliyi isə həbs edilənlərin “Ergenekon”un “sui-qəsd komandaları” olduğu haqda xəbər yayıb. Xəbərdə iddia olunur ki, həbs edilən xüsusi təyinatlı polislər, ordu zabitləri bir sıra sui-qəsd və terror aktları həyata keçirməliymiş. Saxlanılanlardan birinin də Türkməneli Dərnəyinin başqanı Savaş Avcı olduğu bildirilir. Onun “Ergenekon”a maliyyə verdiyi haqda iddialar irəli sürülür. Ümumiyyətlə, bu dəfəki həbslərdə də saxlanılanların əksəriyyətinin Atatürkçü, milliyətçi və iqtidardakı islamçı partiyaya müxalif insanlar olduğu görünür. Həbs edilən tanınmışlardan biri də “Verso” sosial araşdırmalar şirkətinin sahibi Erhan Gökseldir. Göksel “Flash TV”də apardığı siyasi proqramla gündəmə gəlib, daha sonra həmin verilişdə AKP-ni tənqid etdiyinə görə işdən çıxarılıb. Onun vaxtilə Turqut Özal, Məsud Yılmaz, Nəcməddin Ərbakanın siyasi müşaviri olduğu bildirilir. *** Türkiyə Milli Təhlükəsizlik Şurasının keçmiş katibi Tuncer Kılıc televiziyalardan birinə müsahibəsində deyib ki, “Ergenekon” əməliyyatları Türkiyədə islamçı qüvvələrin Silahlı Qüvvələrdən intiqam almaq cəhdidir. Kılıc deyib ki, o, neçə il Milli Təhlükəsizlik Şurasının katibi kimi mühüm dövlət postu tutub, bütün kəşfiyyat qurumlarından hər cür məlumatlar alıb. Lakin bir dəfə də olsun, “Ergenekon” adlı təşkilatın mövcudluğu haqda ona məlumat daxil olmayıb. “90-cı illərin əvvəllərində qurulduğu deyilən təşkilatın varlığının məhz bu gün üzə çıxarılması sizə nəsə demir ki? Tuncay Güneydən 2001-ci ildə ifadə alınıb. Bəs nədən polis onun ”Ergenekon"la bağlı dediklərini dövlətin digər qurumlarına çatdırmırdı?". General deyib ki, istintaqa ifadə verərkən ona qarşı hansısa konkret ittiham irəli sürülməyib, sadəcə saxlanılan şəxslərdən bu və ya digərləri ilə əlaqələri haqda suallarla qarşılaşıb: "Mənim istintaqa cəlb edilməyimin əsas səbəbi mənsubu olduğum, içindən çıxdığım müəssisədir, Silahlı Qüvvələrdir. Bu gün Türkiyədə Türk Silahlı Qüvvələrinin qüruru ilə oynayırlar, xalqın önündə onun etibarını sarsıdırlar. Türk Silahlı Qüvvələri keçmişdə istəyərək və ya məcbur qalaraq bir neçə dəfə siyasətə müdaxilə edib. Bu müdaxilələrdə özlərini məğlub hesab edən kəsimlər indi əllərinə düşən fürsətdən istifadə edərək Silahlı Qüvvələrdən intiqam alır. “Ergenekon” işi siyasi xarakterlidir və siyasi baxımdan ordudan qisas almaq cəhdidir". *** General onu da deyib ki, “Ergenekon” iddianaməsinin əsasında dayanan ittiham da məntiqi deyil. Orada deyilir ki, “Ergenekon” Türkiyədə sui-qəsdlər, terror aktları həyata keçirərək xaos mühiti yaratmaq, bununla da Silahlı Qüvvələrin çevriliş etməsinə zəmin hazırlamaq istəyib. Lakin Kılıca görə, əgər Silahlı Qüvvələr ölkədə hərbi çevriliş etmək istəsə, xaos yaranmasını gözləməz. Çünki çevriliş etmək üçün heç də ölkədə xaosun yaranması tələb olunmur: "Türkiyədə xarici qüvvələrin dəstəyi ilə oynanan oyunların məqsədi Atatürkçü düşüncə sistemini ortadan qaldırmaq, onu sarsıtmaqdır. Bu sistemin əsas müdafiəçisi Silahlı Qüvvələr olduğuna görə əvvəlcə onu hədəf seçiblər". *** Keçmiş baş nazir, son vaxtlar iqtidar mediasında Tuncay Güneyin dilindən haqqında bir sıra iddialar irəli sürülən Məsud Yılmaz da deyib ki, o, hələ “Ergenekon”un nə olduğunu anlaya bilməyib. Yılmazın sözlərinə görə, bu iş üzrə iddianamədə bir sıra telefon danışıqları, bir-biriylə heç bir əlaqəsi olmayan sənədlər yer alır, ittiham aktı sanki yeraltı labirintdir, ancaq konkret dəlil-sübut yoxdur. Yılmaz özünün də bu prosesə cəlb edilə biləcəyini istisna etmir. Keçmiş baş nazir onu da bildirib ki, Tuncay Güney vaxtilə onun şəklini mafiya babası Abdullah Çatlının şəkli ilə montaj edərək birləşdirib, daha sonra bunu qəzetlərə satmaq istəyib. Lakin bəzi jurnalistlər fotonun montaj olduğunu bilərək onu almayıb, ancaq Doğru Yol Partiyasından bir millət vəkili ona qarşı kompromat kimi istifadə etmək üçün bu şəkli Güneydən pulla alıb: "Hesab edirəm ki, Tuncay Güney heç orta məktəbi də bitirməyib. Onun bu qədər məlumata sahib olması mümkün deyil, önəmli olan bu məlumatları ona kimin ötürdüyüdür". Yayılan son məlumatlara görə, yanvarın 7-də “Ergenekon” əməliyyatında həbs olunmuş professor Yalçın Kiçik və “Müstəqil Türkiyə” hərəkatının sədr müavini Engin Aydın azadlığa buraxılıb. F.MƏMMƏDOV
Hindistan səfirliyi çağırış etdi: İranı tərk edin
SEPAH İraqda kürd qruplaşmalarının düşərgəsini vurdu
İranlı deputat: “Sakitlik və sabitliyə gedən yol müharibədən keçir”
İsrail mediası: Hədəflər İran hava məkanına daxil olmadan vurulub
İran məhkəmə sistemi 3100-dən çox şəxsi “düşmənlə əməkdaşlıqda” ittiham edir
Mahşəhrdə neft-kimya Zavodu vuruldu
Yehiel Leiter: "Hamı İranı idarə edən rejimin davranışından bezib"
İsrail Tehrana hava zərbələrə endirib
İsrail Milli Təhlükəsizlik naziri: Tehran bu gecə yanmalıdır
Axios: ABŞ qüvvələri İranın mümkün hücumlarına hazır vəziyyətə gətirilib
Müctəba Xameneinin səhhəti ilə bağlı yeni etiraf
İsrail ABŞ-ın yüksəkvəzifəli rəsmilərini dinləyib
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
ABŞ Küveytə 1,98 milyard dollarlıq antidron sistemlərinin satışını təsdiqləyib
Bəhreyn İranın Bəhreyn və Küveytə raket hücumlarını qınayıb
İran, Rusiya və Çin nümayəndələri Qrossi ilə görüşüb
Təbrizdə qadın məhbus edam edilib
ABŞ İranın maye qaz satış şəbəkəsinə qarşı yeni sanksiyalar tətbiq etdi
Ukrayna pilotsuzu Rumıniyada partladı; NATO narahatdır
Beynəlxalq Atom Enerjisi Agentliyinin rəhbəri Baraka hücumundan sonra nüvə riskləri barədə xəbərdarlıq edib
Məsud Pezeşkian hökumət iclasında çıxış etdi - Davam edəcəyəm
Axios: İran ABŞ-la danışıqlarda üstünlük qazanmaq üçün Hizbullaha müharibəni genişləndirməsi üçün təzyiq göstərir
İran təhlükəsizlik məmurları iki mülki şəxsi öldürdü
ABŞ-nin İranı blokadaya alması Çini neft ehtiyatlarını istifadə etməyə sövq edir
94 gündür torpağa tapşırılmayan Xamenei üçün yeni plan
Qərbi Azərbaycan əyalətində silah-sursat aşkarlanıb
15 ildən sonra Azərbaycan Sulduz (Nəqədə) bataqlığı daşıb
“Binab kababı”nın qlobal qeydiyyatı üçün bəlgə hazırlanır
FT: İran müharibəsinin inflyasiya təsirinin 2022-ci il səviyyəsinə çatmayacağı gözlənilir
Geosiyasi fürsət: Hörmüz boğazının bağlanması və Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycanın əhəmiyyəti artır
El-Ninyo geri qayıdır; bu ilki qeyri-adi yağıntılar davam edəcəkmi?
İranın etnik qrupları güc balansını dəyişə bilər – RƏY
Yaşar Darüşşəfa Tehranda saxlanılıb
Xaməneinin dəfn mərasimi ilə bağlı xəbər təkzib edildi
ABŞ blokadasından sonra İraqın Ümm Qəsr limanı İran üçün yeni tranzit mərkəzinə çevrilib
Livan prezidenti İranın müdaxiləsinə sərt reaksiya verdi
BƏƏ İran hücumlarına vahid cavab verməyə çağırır
İran prezidentinin istefa verdiyi iddia olunur