SON XƏBƏRLƏR

Ərdoğan Konqresdə "soyqırım"ın tanınmasının yolunu açıb

2021.10.20, 07:36
Ərdoğan Konqresdə "soyqırım"ın tanınmasının yolunu açıb

Gunaz.tv
Ərdoğan Konqresdə "soyqırım"ın tanınmasının yolunu açıb erdogan.jpg "The Financial Times": "Rəcəb Tayyib Ərdoğanın duyğusal təpkisi İsraildə etirazla qarşılanıb və ABŞ-dakı yəhudi lobbisini qıcıqlandırıb" "The Financial Times" qəzeti İsrailin Qəzzaya hücumu və Türkiyənin proseslərdə iştirakıyla bağlı diqqət çəkən məqalə dərc edib. "The Financial Times" qəzeti bildirir ki, Qafqazda işbirliyi üçün çalışan, nüvə məsələsində İranla dialoq quran, İsrail və Suriya arasında vasitəçiliyə girişən, Pakistan və Əfqanıstan liderləri arasındakı görüşlərə ev sahibliyi edən Türkiyə iki illik BMT Təhlükəsizlik Şurasının üzvü seçilib. Ankara bunu yeni əldə etdiyi nüfuzunun bir göstəricisi sayır: "Amma Qəzza Türkiyənin hədəfləri baxımından ən önəmli sınaqlardan biri oldu. Bu sınaq həm Ankaraya bölgə gücü kimi ağırlığını göstərmək fürsəti verdi, həm də təsir dairəsinin sərhədlərini ortaya qoydu". "The Financial Times"ə görə, Qəzza böhranında baş nazir Rəcəb Tayyib Ərdoğanın İsrailə təpgisi Türkiyənin vasitəçilik durumuna zərər verib. Çünki Ankara on illərdir ki, həm İsraillə hərbi əməkdaşlığını, həm də fələstinlilərlə diplomatik əlaqələrini davam etdirmək siyasəti yürüdüb. Rəvan Məmmədli Amma İsrailin son hücumu Türkiyədə böyük narazılıq yaradıb: "Bu təpkilərə cavab olaraq baş nazir Orta Şərq ölkələrinə səfər etdi, hər gün avropalı liderləri aradı, BMT baş katibiylə görüşdü. Amma bölgədə vasitəçilik missiyasına zidd olaraq fələstinliləri müdafiə etdi, İsraili isə çox ağır şəkildə tənqid atəşinə tutdu. Beləliklə də Ankaranın İsrail və Suriya arasında apardığı, Türkiyənin ABŞ və Avropa Birliyinin ortağı olduğunu göstərən vasitəçiliyi aradan qalxdı. Rəcəb Tayiib Ərdoğanın duyğusal təpkisi Türkiyənin tərəfsiz bir vasitəçi durumuna zərər verdi". Qəzet vurğulayır ki, Rəcəb Tayyib Ərdoğanın duyğusal təpgisi İsraildə etirazla qarşılanıb və ABŞ-dakı yəhudi lobbisini qıcıqlandırıb: "Bəzi şərhçilərə görə, Türkiyə "soyqırım"ın tanınmasını istəyən erməni lobbisinə maneə olan yəhudi lobbisinin dəstəyini itirərsə, ABŞ-la əlaqələrdə problemlər yaşana bilər".

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar