SON XƏBƏRLƏR

TRT-nin RƏHBƏRİNƏ CİNAYƏT İŞİ AÇILIB

2021.10.20, 07:36
TRT-nin RƏHBƏRİNƏ CİNAYƏT İŞİ AÇILIB

Gunaz.tv
TRT-nin RƏHBƏRİNƏ CİNAYƏT İŞİ AÇILIB 2009-01-22 - 17:25:00 çap versiyası Ankara prokurorluğu Türkiyənin dövlət kanalı olan TRT-nin rəhbəri İbrahim Şahin və bu kanalda yayımlanan «Büyüteç» proqramının müəllifi haqqında cinayət işi başladıb. Səbəb ötən həftə TRT-nin «Ergenekon» işinin əsas şahidi sayılan, Kanadada yaşayan Tuncay Güneyi canlı yayıma çıxarmasıdır. İbrahim Şahin Prokurorluğun məmur cinayətləri araşdırma şöbəsində qaldırılan cinayət işi çərçivəsində Radio-Televiziya Ali Şurasına (Radio Televizyon Üst Kurulu-RTÜK) müraciət ediləcək və «Büyüteç» proqramının görüntüləri istəniləcək. Görüntülər izləndikdən sonra İ.Şahin və proqram müəlliflərinin dindirilib-dindirilməməsinə qərar veriləcək. Cinayət işi hazırda rəhbəri həbsdə olan İşçi Partiyasının iddiası əsasında qaldırılıb. İddia ərizəsində TRT rəhbərinin və «Büyüteç» proqramı müəlliflərinin haqqında «Vəzifədən sui-istifadə etmə», «Cinayətə və cinayətkara yardım etmə», «İstintaqın gizliliyini pozma», «Ədalətli istintaqa təsir göstərməyə təşəbbüs» maddələriylə cinayət işi qaldırılması tələb edilib. TRT-nin «Ergenekon»un əsas şahidi olan Tuncay Güneylə 4 saatlıq müsahibəsi Türkiyədə ciddi müzakirələrə səbəb olub. Radio-Televiziya Ali Şurasının 4 üzvü də TRT-nin bu proqramla öz tərəfsizliyini pozduğu haqda iddialarla razılaşdığını açıqlayıb. «Media forum»

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar