SON XƏBƏRLƏR

Eduard Nalbandyan: “İrəvan Ankara ilə münasibətləri düzəltmək üçün heç bir güzəştə getməyəcək”

2021.10.20, 07:36
Eduard Nalbandyan: “İrəvan Ankara ilə münasibətləri düzəltmək üçün heç bir güzəştə getməyəcək”

Gunaz.tv
«İddialarımızdan əl çəkməyəcəyik» Eduard Nalbandyan: “İrəvan Ankara ilə münasibətləri düzəltmək üçün heç bir güzəştə getməyəcək” Ermənistanın xarici işlər naziri Eduard Nalbandyan bildirib ki, Türkiyə ilə münasibətləri düzəltmək üçün heç bir fədakarlıq etməyəcəyik. Nalbandyan keçirdiyi mətbuat konfransında qeyd edib ki, iki ölkə arasında komissiyanın yaradılması, Türkiyə ilə sərhədlərin açılması və heç bir şərt irəli sürülmədən diplomatik əlaqələrin qurulması ilə mümkün olacaq. “Türkiyə əlaqələri stabilləşdirərək bizə yaxşılıq etmir. Ermənistan, soyqırımın tanınması istiqamətində olan siyasətindən heç bir vaxt əl çəkməyəcək. Tarixin qara səhifələri vərəqlənməlidir və keçmiş dərslər unudulmamalıdır. Ermənistan heç bir vaxt soyqırım həqiqətini araşdırmayacaq. İrəvan Ankara ilə münasibətləri düzəltmək üçün heç bir güzəştə getməyəcək”,-deyə o qeyd edib. Bundan başqa, E.Nalbandyan Türkiyənin təklifi ilə qurulan “Qafqaz sabitlik və əməkdaşlıq platforması”nın keçirəcəyi iclasda da iştirak edəcəyini bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar