SON XƏBƏRLƏR

İranda 400 min müəllim 5 aydır əmək haqlarını ala bilmir

2021.10.20, 07:36
İranda 400 min müəllim 5 aydır əmək haqlarını ala bilmir

Gunaz.tv
İranda 400 min müəllim 5 aydır əmək haqlarını ala bilmir karkator.jpg GÜNAZ.TV mətbuat mərkəzinin (www.dak.az)saytından əldə etdiyi məlumata əsasən İranda iqtisadi böhran günü-gündən artmaqda davam edir. Bu böhranların təsiri bütün sahələrdə özünü göstərməkdədir. Son bir ildə İranda bütün ərzaq mallarının qimətləri 50%-dən artıq bahalaşması ilə yanaşı İranın dövlət budcəsində də çatışmamazlıq muşahidə olmaqdadır. Təhsil nazirliyinə ayrılan budcə ilin birinci yarısında sona çatıb. İranın müəllimlər birliyinin sədri Mahmud Beheşti Ləngərudi İlina xəbər agentliyinə verdiyi musahibədə bildirib ki, dövlət təhsil işçilərinə boş vədlər verməkdənsə müəllimlərin aylıq maaşlarını vaxtında versə daha yaxşı olar. Neçə ildirki təhsil işçilərinə verilən muavinətlər və onların rifahini artırmaq poroqramları ancaq kağız üzərində qalmaqdadır. Boş yalan vədilər ölkənin iqtsadiyyatını həl edəbilməz. Buna əsaslı fikirləşmək lazimdir. Bu vəziyyət artıq dözülməz həddə çatıb. 400 min müəllim 5 aydır ki, əmək haqlarını ala bilmirlər. Bu insanlar necə ailələrin təmin etməlidirlər? Biz nə qədər boş yalanlarla bunları aldada bilərik, - deyə Mahmud Beheşti Ləngərudi bildirmişdir. İranın təkcə təhsil nazirliyində 400 milyon dollar budcə çatışmamazlığı var. İranın təhsil naziri Əlirza Əliəhmədi 400 min müəllimin 5 ay əmək haqlarının ala bilmədiyini təsdiqləyərək bildirib ki, dövlət başçısı Əhmədi Nejad bu poroblemin həlli üçün mənə tapışırıq verib və biz bu poroblemi yaxın günlərdə həll etməyə çalışacayıq,- deyib.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar