SON XƏBƏRLƏR

Fransadan erməni diasporuna zərbə

2021.10.20, 07:36
Fransadan erməni diasporuna zərbə

Gunaz.tv
Fransadan erməni diasporuna zərbə article_1232561528.gif Ermənilərin soyqırım iddialarına indiyə qədər hər cür dəstəyi verən Fransa, Nikolya Sarkozinin prezident seçilməsindən sonra rəftarını dəyişdirməyə başlayıb. Paris sözdə erməni soyqırımını inkar edən bütün Avropada günah kimi qəbul edilməsinə yol açan və diaspor tərəfindən qüvvətli şəkildə dəstəklənilən Avropa Birliyi çərçivə qərarına sürpriz bir açıqlama olub. Fransa üzv ölkələrdə soyqırım, hərb və insanlıq cinayətlərini inkar edənləri cəzalandırmağı nəzərdə tutan çərçivə qərarına, "bu cinayətlərə beynəlxalq bir məhkəmə tərəfindən qərar verilmiş" şərtini gətirib. Parisin AB Rəsmi Qəzetində keçən ay dərc olunaraq, qüvvəyə minən çərçivə qərarına əlavə etdiyi bu bəyan, Fransa Milli Məclisinin qəbul etdiyi inkar qanununun əhəmiyyətsiz olması mənasını verir. Qərarı mətbuata açıqlayan fransız diplomat, "Bu qərarla erməni soyqırımının inkar qanununa qapıları bağladıq" -deyib. 1915-ci il hadisələri ilə əlaqədar beynəlxalq bir məhkəmə ya da tarixçilər komissiyası qərarı tapılmır. Çərçivə qərarını 2 il ərzində öz qanunlarına uyğunlaşdıracaq ölkələrə təsir etmək istəyən erməni diasporu, bu gün Brüsseldə Avropanın rəhbər köməkçisi Martin Rourenin rəhbərliyində yığıncaq təşkil edib. Fransanın çərçivə qərarını təsdiqləyən AB ədalət və daxili işlər Şurasının yayımladığı nəticəyə əlavə etdiyi maddədə, "Fransa, 1. paraqrafında ifadə edilən cinayətlərin dəyərsizləşdirilməsi və ya inkarını ancaq bu cinayətlərin beynəlxalq bir mühakimə yolu ilə verilən qəti bir qərarla ortaya qoyulması halında cəzalandırılacağını elan edər" - deyilib. Fransız parlamenti 2001-ci ildə 1915-ci il hadisələrini "Erməni soyqırımı" kimi tanıyan bir qanun çıxarıb. İki il əvvəl də inkar qanunu məclisdən keçib. Ancaq tarixçi və ziyalılar "yaddaş qanunları" deyilən keçmişlə əlaqədar qərarlara üsyan edib. Fransızların soyqırım mövzusundakı rəftar dəyişikliyində "yaddaş qanunları" bolluğunun bir gün Parisi də narahat edə biləcəyi inancının da təsirli olduğu ifadə edilib. // Sia.az

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar